Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - ADLAR + FOTOLAR

Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - ADLAR + FOTOLAR

ŞOU-BİZNES

14.04.2026, 23:35

Dənizkənarı Milli Parkda gülləri yararsız hala salanlardan bəzilərinin kimliyi açıqlanıb.

Mia.az Milli.Az-a istinadən xəbər verir ki, bir sıra bloqerlər həmin gülləri əzərək foto və videolar çəkdiriblər.

Daha sonra bu görüntüləri sosial şəbəkə hesablarında paylaşıblar və bu, trendə çevrilib.

Həmin bloqerlərin rəsmi və sosial mediada tanındıqları adlarını təqdim edirik:

Selcan Vəlizadə (Seljanvalizada)

Lala Babayeva (lalabva1

Ad-Soyad bəlli deyil (ismiiilaa)

Ad-Soyad bəlli deyil (Sada)

Nərmin Musayeva (Naramsyv)

Həmayıl Ələsgərova (Hllyblog)

Qeyd edək ki, sözügedən şəxslər Dənizkənarı Milli Park ərazisində güllərdən ibarət olan sahədə çəkdirdikləri foto və videoları daha sonra şəxsi hesablarından siliblər. Həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunaraq polisə çağırılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR