İsrail və Livan arasında ilk danışıqlar başa çatıb - Vaşinqtonda (Yenilənib)

İsrail və Livan arasında ilk danışıqlar başa çatıb - Vaşinqtonda (Yenilənib)

DÜNYA

14.04.2026, 22:53

Bu gün az əvvəl Vaşinqtonda ABŞ Dövlət Katibi Marko Rubionun iştirakıyla İsrail və Livan heyətləri arasında birbaşa danışıqlara start verilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin binasında keçirilən danışıqlara hər iki ölkənin nümayəndələri ilə yanaşı, bəzi yüksək vəzifəli ABŞ rəsmiləri də qatılıblar: “Rubio ilə yanaşı, Vaşinqton danışıqlarında iştirak edənlər arasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valts, ABŞ-ın Beyrutdakı səfiri Mişel İssa, İsrailin Vaşinqtondakı səfiri Yeçiel Leyter, Livanın Vaşinqtondakı səfiri Nada Hamadeh-Moavad və Dövlət Departamentinin rəsmisi Mayk Nidham da var”.
Görüşün əvvəlində qısa bir açıqlama verən ABŞ Dövlət Katibi Marko Rubio iki ölkə arasındakı problemlərin bir gecədə həll olunmayacağını, lakin bu görüşün son dərəcə vacib olduğunu deyib: "Bu, tarixi bir fürsətdir. Onilliklər boyu davam edən tarixi dərslər bizi bu nöqtəyə və bu fürsətə gətirib çıxarıb. Bilirəm ki, atəşkəs barədə suallar verirsiniz. Bu bölgədə 20-30 il davam edən bu vəziyyətin yaratdığı dağıntılar, böyük itkilər var. Bunlarla bağlı bir görüşdə təbii ki, anlaşmaz mümkün deyil. Ümidvarıq ki, bugünki görüş sülhə aparacaq yolun təməli olacaq”.
***
ABŞ Dövlət Departamentində İsrail və Livan arasında keçirilən görüş başa çatıb.
Mia.az xəbər verir ki, görüşdən sonra verilən  açıqlamaya əsasən,  hər iki tərəfin birbaşa danışıqlar aparmaq barədə razılığa gəliblər.
Samir Musayev
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR