Yamaldan Neymar haqda açıqlama: “O, mənim kumirimdir”

Yamaldan Neymar haqda açıqlama: “O, mənim kumirimdir”  

İDMAN

Bugün, 15:19

“Barselona” və İspaniya yığmasının ulduzu Lamin Yamal Çempionlar Liqası matçından əvvəl mətbuat konfransında brazilyalı hücumçu Neymar haqqında sualı cavablandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Yamal brazilyalı hücumçunu uşaqlıqdan izədiyini deyib.

Onun sözlərinə görə, Neymar onun ilham aldığı futbolçudur: “Neymar bütün uşaqlığımı formalaşdıran oyunçudur, o, mənim kumirimdir. Ondan, onun oyun üslubundançox ruhlanıram”

Qeyd edək ki,79 qolla Braziliya futbol tarixinin ən çox qol vuran oyunçusu olan Neymar 2023-cü ilin oktyabrında ciddi diz zədəsindən sonra milli komandada oynamayıb. O, hazırda “Santos”da tər tökür və 2026-cı il Dünya Kuboku heyətinə cəlbi şübhə altınadır.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR