Türkiyədə 19 yaşlı uşaq liseydə dəhşət saçdı: 16 nəfər yaralandı, sonra isə…- FOTOLAR

Türkiyədə 19 yaşlı uşaq liseydə dəhşət saçdı: 16 nəfər yaralandı, sonra isə…- FOTOLAR

KRİMİNAL

Bugün, 12:53

Türkiyənin Şanlıurfa şəhərinin Siverek rayonunda yerləşənliseydə 19 yaşlı uşaq dəhşətli hadisə törədib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, liseyin 19 yaşlı keçmiş şagirdi silahlanaraq təhsil müəssisəsinə gəlib.

Məlumata görə, liseyə daxil olan kimi, o, qarşısına çıxanları güllələyib.

İlkin məlumata görə, 16 nəfər yaralanıb, daha sonra isə hadisəni törədən gənc canına qıyıb.

Yerli plis İdarəsindən bildirilib ki, rayonun Həsən Çələbi məhəlləsindəki Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verən hücumda 4-ü müəllim, 10 şagird də daxil olmaqla, ümumilikdə 16 nəfər yaralanıb: “Onlar xəstəxanaya aparılıblar. Hadisəni törədən şəxs “təslim ol” çağırşılarına məhəl qoymayıb. Daha sonra o, intihar edib”.

Şanlıurfa valisi Həsən Şıldak hücum edən gəncin məktəbin keçmiş şagirdi, 19 yaşlı şəxs olduğunu təsdiqləyib: “Dərin kədər içindəyik”.

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR