ORBANDAN 16 İLLİK İQTİDARI ALAN YENİ BAŞ NAZİR... - Macarların Türk Dövlətləri Təşkilatına münasibəti dəyişəcək? (TƏHLİL)

ORBANDAN 16 İLLİK İQTİDARI ALAN YENİ BAŞ NAZİR... -  Macarların Türk Dövlətləri Təşkilatına münasibəti dəyişəcək? (TƏHLİL)

SİYASƏT

Bugün, 11:37

Macarıstanda 16 illik Viktor Orban dönəmi başa çatdı. Aprelin 12-də baş tutan parlament seçkilərində “Tisa” partiyası qalib gəldi.

Məlumata görə, səslərin 60,24 faizi sayıldıqdan sonra “Tisa” 136 mandat qazanaraq konstitusion çoxluq əldə edib. Bu, ölkə tarixində inqilabi seçki kimi qiymətləndirilir.

V.Orban həm ABŞ Prezidenti Donald Trampın, həm də Rusiya Prezidenti Vladimir Putinin dostudur.
Bu mənada onun məğlubiyyəti Tramp və Putinin məğlubiyyəti kimi görülür.
Nəticələr elan edildikdən sonra Viktor Orban partiyasının parlament seçkilərində uduzduğunu şəxsən özü etiraf edib. Ardınca isə rəqibi “Tisa” partiyasını qələbə münasibətilə təbrik edib. Əslində, bu detal belə özlüyündə Orbanın məğlub olacağını bildiyi və bununla çoxdan barışdığını göstərir. Yəni seçkidə həll edici faktor xalq irədəsi oldu.
“Tisa” Partiyasının rəhbəri Peter Magyar isə Viktor Orbanın ən qatı tənqidçilərindən idi. Bu mənada onun ilk növbədə tənqid etdiyi hüququn aliliyi, media azadlığı və məhkəmə müstəqilliyi kimi sahələrə fokuslanması mümkündür. Yenə də Magyarın çətindir. Çünki Viktor Orbanın sistemi köklü və dərindir.
Orban dövründə Macarıstan özünü Qərb institutlarının daxilində olsa da, onlara alternativ siyasi model kimi təqdim edirdi. Bu modeldə milli suverenlik, mərkəzləşmiş hakimiyyət və liberal dəyərlərə selektiv yanaşma əsas idi. Bundan başqa, Macarıstan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusuna malikdir. Orbanın başda Türkiyə olmaqla Azərbaycan və Mərkəzi Asiya ölkələrinin liderləri ilə tərəfdaşlıq münasibətləri mövcuddur.
P.Magyar isə Avropa yönümlü xətti ilə bilinir. Yəni onun dövründə Avropa İttifaqı (Aİ) ilə uzun müddətdir davam edən gərginliklərin yumşalması ehtimalı var. Məsələn, Ukrayna müharibəsində bu, daha çox özünü göstərə bilər. Lakin Magyarın özü də tam klassik liberal deyil və onun siyasi mövqeyi müəyyən dərəcədə milli-konservativ elementləri qoruyur. Bu isə o deməkdir ki, Macarıstan kəskin ideoloji dönüş yox, daha çox balansın dəyişməsi mərhələsinə daxil olur.
Bizim üçün indiki məqamda əsas sual Peter Magyarın Türk Dövlətləri Təşkilatı ilə bağlı mövqeyinin necə olmasıdır. TDT Orban dövründə Macarıstan üçün həm ideoloji, həm də geosiyasi alət idi. Bu platforma vasitəsilə Budapeşt özünü yalnız Avropa ölkəsi kimi yox, daha geniş sivilizasiya körpüsü kimi təqdim edirdi. Yeni hakimiyyətin də bu istiqamətə sadiq qalacağını düşünürəm. Çünki bu əlaqələr iqtisadi və diplomatik baxımdan faydalıdır.
Amma istisna deyil ki, prioritetlər dəyişəcək. Yəni təşkilat daxilində siyasi aktivliyi daha az olan bir Macarıstan görə bilərik. Əlaqələrin daha çox iqtisadi və mədəni səviyyədə saxlana bilər. Fikrimcə, P.Magyar əsas diqqətini yenidən Avropa strukturlarına yönəldəcək.
Turan Rzayev,
Politoloq
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR