"Peleqrini hakimi qətlə yetirdi" - Mourinyo

img

26-09-2014 [22:24]


"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo "Mançester Siti"nin çalışdırıcısı Manuel Peleqrininin onun komandası haqda dediyi fikirlərə münasibət bildirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis Peleqrininin "Mançester Siti" - "Çelsi" matçının hakimi Mark Klattenburqu sözləri ilə qətlə yetirdiyini deyib:

"Peleqrini daha öncə hakimlər haqda danışmayacağını dedi. Ancaq tənqidi fikirləri ilə Mark Klattenburqu qətlə yetirdi. Eyni zamanda mənim və komandam barədə tənqidi fikirlər səsləndirməyəcəyini bir neçə dəfə söyləsə də, bunu da bacarmadı. Əgər mən Peleqrini haqda danışmaq istəmədiyimi deyirəmsə, buna həqiqətən əməl edərəm. Bu mənada artıq mənimlə yox, onunla danışın. Mən xətdən kənara çıxmıram. Heç bir şey danışmaq istəmirəm".

Qeyd edək ki, Peleqrini "Çelsi" ilə oyundan sonra (1:1) matçın baş hakimi Klattenburqun idarəçiliyini tənqid etmiş, London klubunun isə "kiçik komanda" kimi oynadığını bildirmişdi.  


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA