15 yaşlı Avropa çempionu - Müsahibə

img

22-09-2014 [14:18]


15 yaşlı Kamran  Rauf  oğlu  Qəmbərov Avropa  Çempionluğunda qızıl medala  sahib  qazanıb. 

23 sentyabr 1999 – cu il təvəllüdlü  Kamran  Qənbərov  Bakıda  anadan olub. Kiçik yaşlarından idmana  böyük  sevgisi  olub. Bakının  Yasamal  rayonunda  yerləşən  175 nömrəli tam  orta  məktəbin  10 – cu sinif  şagirdidir, müəllimlərinə böyük  hörmət  və rəğbəti  vardır. 

Yaşıdlarından  həmişə qeyri – adi  istedadı  və  bacarığı  ilə fərqlənən Kamran  Qənbərov 9 yaşından müxtəlif İdman  növləri ilə  məşğul olub. 

Kamran Qənbərov  idman növlərindən  daha çox PANKRATİON  idman növünə üstünlük  vermişdir. Kamran  Qəmbərov  tanınmış  idmançı Ceyhun  müəllimin yetirməsidir. Gənc  idmançı Kamran  Qəmbərov  qazanmış olduğu bütün qələbələrinin  nailiyyətlərini  onu  öyrədən, təlim və tərbiyəsi ilə məşğul olan Ceyhun  müəllimin zəhməti hesabına başa gəldiyini bildirir .

 - Kamran  idmanın bu  növünə  həvəs  necə yarandı?

 - Ailəmizdə hamı idmanı çox  sevir. Atam daim idmandan danışardı. Mən məhəlləmizdə yaradılan  mini  futbol  meydançasında  futbol oynayırdım, qaçırdım, turniklə məşğul  olurdum. Bir  günləri   mən turniklə məşğul olurdum. Kənardan  məni izləyirlərmiş. Məndə  idmana olan  həvəsi  görüblər  və  atamla  danışıb mənim gələcək perspektivlərim  barədə atamla söhbət  ediblər. Atama deyiblər ki, bu uşaqda cəltlik görmüşük icazə versəniz Sizin uşaqla məşğul olarıq. Atamda  razılığ  verib. Mən evə gəldim atam mənə bildirdi ki, tanınmış, nüfuzlu, çempionatlar  qazanmış  müəllim səninlə məşğul olacaq. Məndə bu idmana maraq  köstərib Ceyhun müəllimin öyrətdiklərini öyrənməyə çalışırdım, hətta müəllimin  öyrətdiklərini ev  şəraitindədə təkrarlayırdım ki, çempion olum. 

- Uğurların  barədə nə deyə  bilərsən  və  yarış  zamanı hansı  hissləri keçirirsən?

-   Uğurlarımın əsas  səbəbkarı  Ceyhun müəllimdir. Müəllim mənimlə daha çox məşğul olur  və məni çox öyrədir. Qazandığım qələbəni  müəllimin sayəsində olduğunu deyə bilərəm. Yarışlar zamanı isə çox həyəcanlar keçirirdim. İstəyim o idi ki, qələbə qazanmalıyam  və qələbə ilə Azərbaycanımıza qayıdım.

- Gənc dostlarına  nə  arzu  edərdin?

- İdmançı dostlarıma  onu arzu  edərdim ki, bütün yarışlarda uğurlar qazansınlar, Respublikamıza qızıl medallar gətirsinlər, ölkəmizi təmsil etsinlər və  çoxlu  diplomları olsun.           


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA