Tramp NATO-ni yenə hədələyib: “Alyansın xərcləri ciddi yoxlanılacaq”

Tramp NATO-ni yenə hədələyib: “Alyansın xərcləri ciddi yoxlanılacaq”

GÜNDƏM

Bugün, 09:46

NATO-dan çıxacaqları barədə tez-tez eyhamlı açqlamalar evrən ABŞ Prezidenti Donald Tramp bu dəfə də Alyansı hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, NATO-nun İranla müharibədə onların yanında olmadığını deyərək, quruma ayrılan vəsaitləri araşdıracaqlarını iddia edib.

Tramp bildirib ki, Alyansın ABŞ və İsrailin İrana qarşı hücumlarını dəstəkləməməsi niu hədsiz məyus edib: "Onlar bizim yanımızda deyildilər. İndi onlar Hörmüz boğazına müdaxilə etmək istəyirlər, amma artıq real təhlükə yoxdur"

Daha sonra Rusiyadan qorunmaq üçün trilyonlarla dollar xərcləndiyini bildirən Tramp xərclərdən söz açıb: "Bilirsiniz, biz NATO-nu Rusiyadan qorumaq üçün ona trilyonlarla dollar xərcləmişik. Bu xərclər də çox ciddi şəkildə araşdırılacaq".

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR