Ukrayna prezidenti: "Yaxın Şərqdə İran dronlarını məhv etdikmi? Bəli, etdik"

Ukrayna prezidenti: \"Yaxın Şərqdə İran dronlarını məhv etdikmi? Bəli, etdik\"

DÜNYA

Bugün, 14:24

“Biz bu yaxınlarda İranın "Şahad" tipli silahlı pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə ilə bağlı Körfəz ölkələri ilə müqavilələr imzaladıq”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistə açqlamasında deyib.

O bildirib ki, bu müqavilə çərçivəsində Yaxın Şərq ölkələrində xeyli İran dronlarını məhv ediblər: “Biz ukraynalı mütəxəssisləri və avadanlıqları Yaxın Şərqə - Körfəz ölkələrinə göndərdik. Bəzi ölkələrə dronları necə “tutmağı” göstərdik. İranın dronlarını məhv etdikmi? Bəli, məhv etdik. Onları yalnız bir ölkədə məhv etdikmi? Xeyr, bir neçə ölkədə. Və düşünürəm ki, bu, uğurdur".

Zelenski bildirib ki, onlar bu istiqamətdə Oman, Küveyt və Bəhreynlə müzakirələri davam etdirirlər: “Bu əməkdaşlıqların müqabilində Ukrayna enerji sektorunu qorumaq üçün profilaktik sistemlər və enerji resursları alacaq”.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR