Vüsal Hüseynov beşinci "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Vüsal Hüseynov beşinci \"Yüksəliş\" müsabiqəsinin qalibləri ilə görüşüb

CƏMİYYƏT

Bugün, 11:44

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov beşinci "Yüksəliş" müsabiqəsinin qalibləri Kamran Sadıxlı və Fərid Mustafayevlə görüş keçirib.

Mia.az xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb.

Görüşdə Vüsal Hüseynov bildirib ki, xüsusi hazırlanmış Mentorluq proqramı çərçivəsində DMX-nin fəaliyyət istiqamətləri ilə tanışlıq, hüquqi bazanın təkmilləşdirilməsi və qaliblərin ixtisaslarına uyğun olaraq digər sahələr üzrə də bilik və bacarıqlarının artırılmasına şərait yaradılacaq.

Beşinci "Yüksəliş" müsabiqəsinin qalibləri isə Mentorluq proqramı çərçivəsində yaradılan imkanlara və səmimi qəbula görə Xidmət rəisinə təşəkkürlərini bildirib, proqram çərçivəsində gözləntilərini bölüşüblər.

"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR