Ehtiram Quliyev açıqlamasına görə 20 min cərimələndi - AFFA Tovuz klubunun rəhbəri barədə qərar verdi

Ehtiram Quliyev açıqlamasına görə 20 min cərimələndi - AFFA Tovuz klubunun rəhbəri barədə qərar verdi

İDMAN

Bugün, 13:58

AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu 20 000 manat cərimələyib.

Mia.az xəbər verir ki, bu barədə qərar qurumun sonuncu iclasında qəbul edilib.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu - "Turan Tovuz" – "Zirə" qarşılaşması zamanı tovuzlu azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəbindən qərb təmsilçisi 5000 manat məbləğində cərimələnib.

Bundan başqa, görüş bitdikdən sonra "Turan Tovuz" klubunun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə onun komandası 15000 manat cərimələnib.

Həmin matçda "Zirə" komandasının 4 üzvü sarı vərəqə aldığı üçün paytaxt kollektivi 700 manat ziyana düşüb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR