SEPAH-dan xəbərdarlıq: “İstənilən hücuma çevik və daha sərt cavab verəcəyik”

SEPAH-dan xəbərdarlıq: “İstənilən hücuma çevik və daha sərt cavab verəcəyik”

GÜNDƏM

Bugün, 16:36

“ABŞ-la müvəqqəti atəşkəs razılaşması düşmənlərimizə etibar yaratmayıb. Açıq xəbərdarlıq edirik ki, ölkəmizə hər hansı istənilən bir təcavüzə daha cəld, daha sərt formada cavab verəcəyik”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) verib.

SEPAH müharibənin 40-cı günündə İsraili də əhatə edən İran və ABŞ arasında əldə edilən müvəqqəti atəşkəs razılaşmasına baxmayaraq, qarşı tərəfin hiyləgar addınlar ata biləcəyi ehtimalını mümkün sayıb: “Düşmənin aldadıcı taktikalarına qarşı hazır və tətikdəyik.Düşmən həmişə aldatma tərəfində olub və biz onun vədlərinə etibar etmirik. Qaldı regiondakı Amerika tərəfdaşlarına, onlar ABŞ və Sionist rejimin çarəsizliyini öz gözləri ilə gördülər. Artıq onların dərs çıxarmasının və İslam düşmənləri ilə əməkdaşlığına son qoymasının vaxtıdır".

Tahir Şəlvəli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR