“BU, BİZİM TAM ZƏFƏRİMİZDİR” – ABŞ prezidentindən İranla bağlı daha bir bəyanat

“BU, BİZİM TAM ZƏFƏRİMİZDİR” – ABŞ prezidentindən İranla bağlı daha bir bəyanat

GÜNDƏM

Bugün, 11:59

“İranla iki həftəlik atəşkəs rejimi ABŞ üçün böyük bir uğur, 100 faizlik zəfərdir”

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp AFP xəbər agentliyinə verdiyi müsahibədə səsləndirib.

O bildirib ki, İran üzərində tam zəfər qazanılıb: “Bu, 100 faiz qələbə, 100 faiz zəfrdir. Şübhəsiz! ABŞ əvvəl də dediyim kimi, tamm hərbi məqsədinə nail oldu. İndisə bu proses Yaxın Şərqdə uzunmüddətli sülhün bərqərar olmasında kritik bir rol oynayacaq”

Atəşkəsin ən vacib şərtlərindən biri olan nüvə mübahisəsinə ayrıca paraqraf açan Tramp bildirib ki, İranın uran ehtiyatları razılaşma çərçivəsində mükəmməl şəkildə nəzarətə götürəcələr: “Bu, mənim üçün ən vacib məsələdir. Əks halda, razılıq olmayacaq”.

Xatırladaq ki, Tramp bundan əvvəlki açıqlamasında Hörmüz boğazının tam açılmasından sonra böyük pul qazanacaqlarını deyib. O, hətta İrana mesajında “artıq bərpa işlərinə başlayın” ismarışı yollayıb.

Samir Musayev

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR