Çempionlar Liqası: "Bavariya" Real"ı "devirdi"

Çempionlar Liqası: \"Bavariya\" Real\"ı \"devirdi\"

İDMAN

Bugün, 09:15

Ötən gecə UEFA Çempionlar Liqasının 1/4 finalının ilk oyunda "Bavariya" səfərdə 2Real Madrid"in "qolunu büküb".

Mia.az xəbər verir ki, Santiaqo Bernabeu stadionunda baş tutan matç almanların qələbəsiylə başa çatıb - 1:2.

Qeyd edək ki, türkiyəli Arda Gülər "Real"da ilk 11-likdə meydana çıxıb. O,  71-ci dəqiqədə Brahim Diazla əvəzlənib.

"Bavariya"nın qələbə qollarını 41-ci dəqiqədə Luis Diaz və 46-cı dəqiqədə Harri Keyn, "Real"ın yeganə qolunu isə  74-cü dəqiqədə Kilian Mbappe vurub.

Cavab matçı 15 apreldə saat 23.00-da Almaniyada keçiriləcək.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR