UNESCO-nun qərargahında Novruz şənliyi keçirilib – 13 ölkənin iştirakı ilə (FOTO)  

UNESCO-nun qərargahında Novruz şənliyi keçirilib – 13 ölkənin iştirakı ilə (FOTO)  

MƏDƏNİYYƏT

Bugün, 08:48

Ötən gün Fransanın paytaxtı Parisdə yerləşən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) qərargahında Novruz şənliyi təşkil edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Tacikistan, İran, İraq, Əfqanıstan, Pakistan, Hindistan və Monqolustanın birgə təşkilatçılığı ilə baş tutan tədbir bu Tacikistanın koordinasiyası baş tutub.

Tədbirdə Türkiyənin UNESCO-dakı daimi nümayəndəsi səfir Gülnur Aybet, UNESCO-nun Mədəniyyət üzrə baş direktorunun müavini vəzifəsini icra edən Lazare Eloundou Assomo və çoxsaylı qonaqlar iştirak etdilər.

Tədbirdə Tacikistan sənətçiləri ənənəvi alətlərlə konsert veriblər

Tədbirdə keçirilən moda nümayişində Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrin mədəni motivlərindən və ənənəvi geyimlərindən ilhamlanaraq hazırlanmış geyimlər nümayiş etdirilib.

Əl işi əşyalar dəvət olunmuş 13 ölkəni təmsil edən stendlərdə nümayiş etdirilib və iştirakçılara müxtəlif yerli ləziz yeməklər təklif olunub.

Hüseyn Namazov

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR