GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
03-04-2026 [14:57]
Kəbutər Hakverdi,
Xüsusi olaraq Mia.az üçün
***
Qəsəbənin kənarında bir ev vardı… böyük, divarları daşdan olsa da arakəsmələri köhnə və taxtadan. O evdə bir qız yaşayırdı. Uzun qara hörüklü. Sanki gecə onun saçlarına sığınmışdı. İri, qara gözləri baxan hər kəsi bir anlıq susdururdu. Və o gülümsəyəndə elə bil günəş doğurdu. Qəsəbənin küçələrində görünəndə məktəbdə, marketdə baxışlar arxasınca sürünürdü. Yaşlı qadınların bir az cəsarətliləri dodaqaltı pıçıldayırdı:
- Bu gözlliyə baxsan… Atası soğan, anası sarımsaq… bu haradan oldun gülməşəkər?..
Qız bu pıçıltıları eşidirdi. Çirkin atası və pinti anasını nəzərdə tutduqlarını bilirdi. Gülümsəməkdən başqa çarəsi olmadığı üçün həmişə də gülümsəyirdi. Çünki başqa cür davrana bilməzdi. Ya da bəlkə… Üzünü turşuda, saymazyana keçib gedə bilərdi. Amma belə davransaydı… Elçilərin qapılarına düzüləcəyi yaşda idi. Qəsəbənin ən gözəl qızı olsa da hələ ki qapılarına elşi ayağı dəyməmişdi. Səfehcəsinə təbəssümlə gəzən atası, üstü-başı kirli anası qəsəbə sakinləri tərəfindən ciddiyə alınmırdı. Olsa olsa yaşı keçmiş bir oğlan bəlkə qolundan tutub evinə aparardı. Hələ ki elə birisi də yox idi. Anasına baxanda həmişə özünə yazığı gəlirdi. Sözləri mənasız, baxışları soyuq. Həyat haqqında heç bir düşüncəsi olmayan bir qadın. Toyuq basırır, yumurtaları toplayır, otaqları yığışdırır, uşaqlara yemək bişirirdi. Ayaqlarında həmişə atasının corabları olurdu və əksər vaxt corabları taykeş geyinirdi. Daş divarlı taxta arakəsməli evdə həyat bundan ibarət idi. Necə olmuşdu ki, belə ata və anadan bu qədər gözəl qız-gülməşəkər doğulmuşdu. Qəsəbə buna alışa bilmirdi və qız da bunu başa düşürdü. Onunla rastlaşan qəsəbə sakinləri də bunu qızdan gizlətməyə çalışmırdılar.
Qız isə hər gün iki balaca qardaşının əlindən tutub məktəbə aparardı. Onlara ana kimi davranırdı. Çünki bilirdi… qardaşlarının qəlbi onunkından daha az qırılmalıdır. Valideyn iclasına gedəndə müəllimlərin:
- Anan gəlməyəcək?-sualına başını aşağı salıb:
- Mən gəlmişəm…-deyirdi.
Deyər və öz sehirli təbəssümü ilə gülümsəyərdi. Gecələr qız hamı yatandan sonra güzgünün qarşısına keçərdi, oradaki əksinə tamaşa edərdi. Hamının “gözəl” dediyi çöhrəsinə. Gülümsəmədən baxardı. Gözlərindən yaş süzülərdi. Uzun kipriklərinin ucundan yaxasına damlayardı göz yaşları. Sakit… səssiz… Pəncərədən ona heyralıqla tamaşa edən və matı-qutu qurumuş ay kimi sakit və səssiz. Sanki illərdir içində yığılıb qalan bütün sevgi və gözəl sözlər göz yaşlarına qoıulub axıb gedərdi.
Qəsəbənin cavanları qıza baxmazdı. Baxmırdılar deyildi… baxmağa cəsarət etmirdilər. Qızın gözəlliyi onları cəzb etmirdi deyil… əksinə, çoxunun ağlını başından alacaq qədər cazibədar idi Gülməşəkər. Amma hamısı eyni şeydən çəkinirdi: valideynlərindən. Qəsəbədə yazılmamış, amma heç vaxt pozulmayan bir qanun vardı. Bir qız yalnız özünə görə qiymətlndirilməzdi. Gəlin seçərkən daha çox yetişdiyi ailəyə, sonra nəsil-nəcabətə daha sonra ailənin dostuna, tanışına baxılırdı. Gəlin namizədi seçiləndə gözəlliyə yox… atasının ad-sanına, anasının əxlaqına, evlərinin qapısına baxardılar. Heç kim qəsəbənin standartlarını pozmağa cəsarət etməzdi…
Qəsəbənin oğlanları qızı yalnız uzaqdan izləyərdilər. Gizlincə. Bəlli etmədən. Qız gülümsəyəndə onların da baxışları dəyişirdi. Amma o dəqiqə gözlərini qaçırır, üzlərini çevirirdilər. Çünki bilirdilər… qıza yaxınlaşmaq yalnız bir qıza yaxınlaşmaq deyil. Öz ailələrinə, sonra nəsil-nəcabətlərinə, daha sonra dost-tanışlarına qarşı çıxmaq, qəsəbənin yazılmamış qanunlarını pozmaqdı. Sevgi içlərində doğar, dilə gəlmədən ölürdü. Könül sərhəd tanımaz deyirlər amma bu qəsəbənin nə kimsə tərəfindən pozulmayan, nə də pozulmağa cəsarət edilməyən sərhədləri vardı. Qəsəbənin bütün çavanları, evlənmək yaşındakı oğlanları o sərhədlərin harada başladığını harada bitdiyini çox yaxşı bilirdi.
Bir gün qəsəbədə hamı heyrət içində idi. Gülməşəkərə elçi gəlmişdi.
Küçədən keçənlər addımlarını yavaşlatdı, pəncərələr aralandı, pıçıldaşmalar başladı. Qızgilin evinin qarşısında… iki xarici maşın dayanmışdı. Bu, qəsəbə üçün adi bir şey deyildi. Çünki burada elçilik gizli-gizli olardı. Oğlan tərəfin qadınları oğrun-oğrun gələrdi ki, kimsə görməsin. Gəldikləri qapıdan əgər “yox” cavabı alsalar, dilə-dişə düşməsinlər, hörmətləri zədələnməsin. Gülməşəkərə elşi gələnlər isə dəstə-tifaqla, aşıq aydın həm də iki inomarka avtomobillə gəlmişdilər. Cavanlar maraqla kücənin başında, ayağında dolaşır, kişilər marketin önündə güya söhbətə yığışıblarmış kimi siqaretlərini tüsdülədirdilər. Yavaş yavaş məlumatlar qəsəbəyə yayıldı. Oğlan yaxın şəhərlərin birindən idi. Xırda ticarətlə məşğul idi… Elçilikdən sonra ilk dəfə Gülməşəkərgilə gələndə bir az daha rahatladı qəsəbə. Kürəkən Gülməşəkərə yaraşırdı. Ucaboy, enlikürək, qartal baxışlı. Çox da mərifətli idi. Qızgilin evlərinin önündə maşından düşdü, həyət darvazasından içəri girmədən əvvəl qonum –qonşu ilə də salamlaşdı. Qəsəbə zamanla bu yaraşıqlı çavana öyrəşdi. Sonra sevdi. Pıçıltılar susdu. Gülməşəkərin nişanlısı ayda iki dəfə onlara gəlirdi. Onun gəlişi qızdan daha çox iki balaca qardaş üçün toy-bayrama çevrilirdi. Birlikdə alış-verişə çıxardılar. Parkda gəzər, dondurma yeyər və bəzən də rayon mərkəzinə kinoya gedərdilər. Nişanlı son gəlişlərində bir neçə dəfə Gülməşəkəri və qardaşlarını maşına mindirib öz yaşadığı şəhərə aparmışdı. Qəsəbə bunu bir cümlə ilə izah edirdi:
- Toya hazırlaşırlar… Və həqiqətən… sanki qəsəbədə təkcə Gülməşəkərgilin evi deyil, bütün qəsəbə toya hazırlaşırdı. Küçələrdə iri tiyanlar qurulmuş, altında ocaq çatılmışdı. Rayon mənzil-kommunal idarəsinin işçiləri illərdir baxımsızlıqdan çala-çuxur olmuş köhnə yollara asfalt örtüyü salırdı.
Həmin gün… Günəş sanki qəzəblə qəsəbənin üstündən asılmışdı. Hava nəfəs almağa belə imkan vermirdi. Torpaq yanırdı… divarlar qızırdı… sanki hər şey əriməyə başlamışdı. Radio dayanmadan səslənirdi:
- Diqqətli olun… qan təzyiqi və ürək xəstəliyi olanlar evdən çölə çıxmasın…
Təkcə qəsəbə sakinləri deyil, toyuq cücə, qurt quş da küçədən bayırdan çəkilmişdi. Qəsəbə səssizliyə bürünmüşdü. Mənzil Kommunal İdarəsinin işçilər tiyanların altını söndürüb idarəyə geri dönmüşdülər. Yeni döşənmiş asvalt örtüyü günəşin istisindən xəmir kimi əriyib axmışdı. Qara… yapışqan… səssiz- torpağın üstündə gizlənən bir tələ kimi. Qəsəbəyə çökmüş səssizlik bir azdan nəyinsə baş verəcəyini pıçıldayırdı. Qız o gün pəncərənin qarşısında dayanmışdı. Günəş onun üzünə düşürdü… amma o, yenə üşüyürdü. Uzaqda, yarımçıq asfalt çəkilmiş yola baxdı. Qara qır… əriyib yayılmışdı. Nedensə ürəyi sıxıldı. Səbəbini bilmədi. Sadəcə içində bir hiss bu gün nəsə olacağını deyirdi. Ətrafın sakit olduğunu görən iki balaca qardaş yavaş-yavaş həyətə çıxdılar. Qorxu tanımayan uşaq marağı ilə tiyanların yanına qaçdılar. Hələ də isti olan qır qazanına baxdılar. Onlar üçün bu… sadəcə oyun idi. Bir az daha yaxınlaşdılar. Bir az daha… Və bir an… hər şey dəyişdi Ayaqları sürüşdü. Nə vaxt… necə… qazana düşdüklərini özləri belə anlamadı. Bir anda qışqırıq qopdu. Uşaqların səsi qəsəbənin sükutunu yarıb keçdi. Qara, yapışqan qır iki balaca bədəninə suvaşdı. Uşaqlar çırpınırdı… Əvvəl qız, sonra anası uçaqların səsinə qaçdılar. Uşaqları tiyandan çıxarıb evə gətirdilər. Ərinmiş qır ilıq, suvaşqan örtük kimi uşaqların bədəninə yapışmışdı. Uşaqları yudular, keçmədi. Təmizləmək qeyri mümkün idi. İsti su da işə yaramadı. Anası həyətə qaçdı. Böyük plastik qutuda benzin vardı. Onu gətirdi. Uşaqları mətbəxin ortasında ləyənin içinə qoydular, benzinlə təmizləməyə başladılar. Ana durmadan ağlayırdı. Qızın üzü əyilmişdi. O qədər həyəcanlanlı idilər ki, benzinin buxarlanaraq mətbəxə dolduğuna fikir vermirdilər. Əslində qız benzinin buxarlanaraq partlaya biləcəyini də bilmirdi. Qaz sobasının üstündə qaydan qaynayırdı. Qız axşamdan yarpaq dolması bükmüşdü. Bu gün… oğlan onlara gələcəkdi, gözəl süfrə aşacaqdı. Yarpaq dolması da xırda-xırda qaynayır və ləzzətli qoxusu mətbəxi doldururdu. Gülməşəkər nişanlısı ilə toydan danışacaqdı, nişanlısı həmişə olduğu kimi onun hazırladığı yeməklərdən yeyib qıza tərif yağdıracaqdı.
Partlayış baş verəndə qıza elə gəldi ki, günəş pəncərədən içəri düşdü. Sarı-qırmızı alov topu gurultu ilə partladı və onları mətbəxin künclərinə sovurdu. Alov sürətlə yayıldı. Taxta arakəsmələr bir anda alov topuna döndü. Ev sanki nəhəng bir tonqal idi. Evdən çıxmaq mümkün deyildi. Uşaqlar boğulurdu. Qonşular yığılmışdı. Qışqırıq… ağlaşma… Hamı ora bura qaçır, bağırır, səs – küy salırdı. Kimsə qaçıb yanğınsöndürən çağırmağa getdi. Məlum idi ki, yanğın bu sürətlə davam etsə bir necə dəqiqədən sonra ev külə dönəcəkdi. Elə bu an…küçənin başında Gülməşəkərin nişanlısının maşını göründü. Avtomobil toz qaldıraraq yaxınlaşdı. Oğlan qapını açıb yerə atıldı. Gözləri bir anlıq evə zilləndi. Alov göyə qalxırdı. Oğlan tərəddüd etmədən alovun içinə girdi. Ev od püskürən əjdaha kimi nərildəyir, guruldayır, toplaşanların çığır-bağır səslərini udurdu. Qəsəbə sakinləri artıq evdən kimsənin çıxacağını gözləmirdi. Amma alovun içindən bir kölgə çıxdı… Sanki alovdan don geyinmişdi.
Gülməşəkərin nişanlısı idi bu. Uşaqları çuval kimi çiyninə atmışdı. Uşaqları ona tərəf qaçan adamların üstünə atıb geri döndü. Camaat dərindən iç çəkdi. Sonra sanki küçəyə toplaşan qəsəbə sakinləri deyil bütün ətraf nəfəsini qısdı. Səssizlikdə yalnız alovun gurultusu və yanan taxtaların çırtıltısı eşidilirdi. Oğlan ikinci dəfə alovun içindən çıxanda bir topa alov təsiri bağışlayırdı. Toplaşanlar yanan ətin iyini hiss edib onun üstünə yüyürdülər. Oğlan Gülməşəkəri və anasını camaata tərəf itələyib yerə yıxıldı…
…Gülməşəkər nişanlısının yatdığı palataya girdi. Oğlan çarpayıda uzanmışdı. Bədəni… başı… hamısı ağ sarğı ilə örtülmüşdü. Sanki insan yox… sarınmış bir ağrı idi. Qollarının, əllərinin üstündəki damarlara sistem qoşulmuşdu. Şəffaf maye damla-damla oğlanın bədəninə axırdı. Qız belə səhnələri filmlərdə görmüşdü. Elə o an həkim içəri girdi. Uzun uzadı qıza, qızın barmağındakı qalın nişan üzüyünə baxdı. Başını buladı:
- Vəziyyəti ağırdı — dedi. Bir anlıq susdu. Sonra əlavə etdi- — Bir həftə… çox böyük risk var. Böyrəklər imtina edə bilər. Bir həftədən sonra yenidən komsilium keçirib vəzyyətini qiymətləndirəcəyik.
Qız artıq eşitmirdi. Gözlərindən yaş süzüldü. Sakit… səssiz… İri qara gözlərindən qopub düşən o yaşlar
köynəyinin yaxasını islatdı. Qız əlinin arxası ilə göz yaşlarını sildi. Barmaqları titrəyirdi… amma özünü toplamağa çalışdı. Həkimin gözlərinin içinə baxdı:
- O… mənim gəldiyimi hiss edir? — deyə soruşdu.
Həkim başını yellədi:
- Onu süni yuxu ilə yatırtmışıq…- Bir anlıq dayandı- Həyati riski arxada qalandan sonra oyanacaq.İndiki halda ağrıya dözə bilməz… şok keçirər.
Qızın baxışları donmuşdu. Demək… o, buradadır… amma həmdə yoxdur.
- O zaman mən bir həftə sonra gələrəm. – Gülməşəkər təkrar ağladı, gözlərindən yağmur kimi şəffaf damlalar səpələndi.
Bir həftə sonra qız yenə nişanlısının palatasındaydı. Nişanlanlısı Gülməşəkərin əlindən tutdu. Qız daha ağlamırdı. Həkim içəri girdi. Səsi gümrah idi.
- Bir həftə sonra sarğıları açırıq… Bizim qəhrəman görünür ki, toya çox tələsir.- Sonra gülümsəyərək əlavə etdi-
- İlk dəfədir bu qədər sürətlə sağalan xəstə görürəm.
Oğlanın səsi dərindən və uzaqdan gəldi:
- Siz xüsusi dəvətlisiniz, doktor…
Həkim başını tərpətdi.
- İnşallah…- Və çıxdı.
Qapı örtüldü. Qız çarpayının kənarına oturdu:
- Əzizim…
Oğlan onun əlini sıxdı. Oğlanın bədənində alovun yandırmadığı yeganə yeri sarğıdan kənarda qalmış sağ əli idi.
- Salamatlıqdır?.
Qız başını tərpətdi. Nişanlısının danışmasını istəmirdi. Gülməşəkər bu səsi tanımırdı, ürəyi sıxılırdı bu qorxunc və xışıltılı səsdən. Qız üzgündü, ağlayacaqdı. Gözləri yaşla dolmuşdu. Ayağa qalxdı:
-Bir həftə sonra gələcəm.
Bir həftə sonra Gülməşəkər gözlərində qocaman boşluq palatanın ortasında dayanıb sarğıları açılmış niıanlısına baxırdı… O yaraşıqlı üz yanıb qırışmışdı. Başının bir hissəsinin tükləri sanki yerli dibli yox imiş. Qulağının yerində yanıb yapışmış ət parçası vardı. Bərələ qalmış gözünün birindən dayanmadan su axırdı. Burnunun bir tərəfi ərimiş kimi sifətinə yapışmışdı. Qız qorxmuşdu ama qışqırmaq üçün gücü yoxdu. Sağollaşmaq vaxtı idi. Oğlan əlini uzatdı. Qız geri çekildi yəqin ki nişanlısının yaralarına toxunub ağrıtmaqdan ehtiyat etdi. Oğlan:
- Sabah gələndə… ayranı gətir mənə -dedi- nehrə ayranı.
Qız bir addım daha gerilədi. Demək bundan sonra danışmaq nişanlısı üçün bu qədər ağır olacaq. Bir kəlmə sözü demək üçün sirsifəti belə əyiləcək, dodaqları bir birinə yaxın gəlməyəcək.
Ertəsi gün qız gəldi. Sakit, gözlərindən yaşlar tökülərək çantasından plastik şüşədə ayran çıxartdı. Balaca fincana ayran süzdü. Sonra qaşığı götürüb qardaşları kiçik olanda etdiyi kimi ehmal ehmal nişanlısına ayran içirtdi. Nişanlısı üzünü çevirdi. Bir neçə qaşıq ayran içmək belə onu yordu. Qız çarpayının baş ucundakı tumbanıın üstünü səliqəyə saldı. Gətirdilərini yerbəyer etdi. Sonra ayaq üstə dayanıb xeyli nişanlısına tamaşa elədi. Nişanlısı təkrar üzünü qıza çevirdi. Qız ürəyində Allaha yalvardı:”Nə olar bircə gülümsəməsin.” Oğlan gülümsəmədi. Üzgün görünürdü. Yanıb ağzı burnuna qarışmış çöhrəsindən heç bir ifadəsini oxumaq mümkün olmasa belə Gülməşəkər onun kədərli olduğunu hiss etdi.
Bir az sonra tibb bacısı içəri girdi. Oğlanın yaralarına dərman sürtəcək, yatağını dəyişəcəkdi. Qız palatadan çıxdı. Qapını arxasınca səssizcə örtdü. Tibb bacısı oğlanın dərmanlarını içirtdi. Yaralarını gözdən keçirtdi. Yastığını dəyişmək üçün götürəndə Gelməşəkərin qoyub getdiyi balaca bükülünü gördü.
- Bu nədir?.. — dedi və əl yaylığına bükülmüş nişan üzüyünü acıb diqqətlə baxdı. Sonra üzüyü oğlanın bədənində yeganə yanmayan yeri olan ovcuna qoydu.
Oğlan üzüyə baxdı. Uzun müddət… heç nə demədi. Tibb bacısı öz işi ilə məşğul idi. İşini qurtarın belini dikəltdi.
Oğlan Tibb bacısına baxıb:
-Əlim ağrıyır- dedi pıçıltı ilə. Sonra var səsi ilə qşıqırmağa başladı-Əlim ağrıyır… ağrıyır…
Həkim qaça-qaça palataya girdi. Oğlanın barmaqlarını açıb üzüyü götürdülər. Oğlan yerində qıvrılırdı:
-Doktor, əlim yanır… Ovcum yanır, doktor…
Həkimin göstərişi ilə tibb bacısı oğlana sakitləşdirici iynə vurdu. Damardan vurquduqları üçün oğlan həmən sakitləşib yuxuya getdi. Həkim ümumi müayinədən sonra tibb bacısına:
-Həkimləri təcili toplantı otağına çağırın-dedi.
Yəqn ki, bir daha bir həftə süni yuxu rejminə keçəcəyik-deyib otaqdan çıxdı.
MİA.AZ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında
Regional İdarə rəisi dövlət vəzifəsindən getdi, otel müdiri oldu - Agentlikdə maraqlı dəyişiklik
Azərbaycan nefti 11 dollar qalxdı - Qara qızıl 142 dollara satılır
Məmur olmaq istəyənlər aprelin 5-də imtahan verəcək
ABŞ Kəşfiyyatı: “İranın hələ də çoxlu raket ehtiyatı və buraxılış imkanları var” - HESABAT
İran İsrailə raket atıb – Yaralılar var
DÇ-2026: biletlər bahalaşdı – QİYMƏTLƏR
ABŞ-ın Quru qoşunları komandanı vəzifədən çıxarıldı
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO