Beynəlxalq musiqi festivalı Ağcabədidə- Fotolar

img

25-09-2014 [20:09]


Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VI Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri Ağcabədidəki Qarabağ Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib. 


Mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, böyük bəstəkarın musiqisinin pərəstişkarları əvvəlcə Üzeyir Hacıbəylinin Qarabağ Muğam Mərkəzinin həyətindəki abidəsini ziyarət edərək, önünə çiçək dəstələri düzüblər.

Tədbirdə çıxış edənlər Üzeyir Hacıbəylinin zəngin yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən danışıblar.

Sonra Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, həmçinin Ağcabədi şəhər incəsənət məktəbinin və Qarabağ Muğam Mərkəzinin ifaçıları tərəfindən dahi bəstəkarın əsərlərindən parçalar səsləndirilib. İfa edilən mahnılar, muğam və təsniflər, "Arşın mal alan”, "O olmasın, bu olsun”, "Koroğlu” operalarından parçalar tamaşaçılarda xoş ovqat yaradıb(qafqazinfo).


Digər xəbərlər
SON XƏBƏRLƏR