25-09-2014 [21:05]
Prezident İlham Əliyevin Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında sərəncamı günün tələbi idi.
Azərbaycan Respublikasının Prezidentinin imzaladığı sərəncamı şərh edən Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlunun sözlərinə görə, avqust ayında müşahidə olunan xoşagəlməz hal, Azərbaycanın milli informasiya təhlükəsizliyinə zərbə vuran bu vəziyyət həm dövləti, həm də medianın təcrübəli rəhbərlərini ciddi düşünməyə vadar edib. Təəssüf ki, Azərbaycan mediasının bir qismi bu gözlənilməz sınaqdan çıxa bilmədi.
Bir çox hallarda milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə informasiyalar mediada yer aldı. Halbuki belə informasiyaların yayılması birbaşa düşmən tərəfin dəyirmanına su tökməyə bərabər addım idi. Bəzi media təmsilçilərimiz bu mövzuda xəbər yaymağın həssas məsələ olduğunu, "Dövlət sirri haqqında” qanununa uyğun olaraq, dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyət daşıdıqlarını sanki unutmuşdular. Nəticə isə məlum olduğu kimi acınacaqlı oldu.
Sədr müavini Umud Rəhimoğlu bəyan edir ki, Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidentinin imzaladığı sərəncamdan irəli gələrək üzərinə düşən məsuliyyəti anlayır və ən qısa müddətdə hərbi sahədə Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə silsilə tədbirlər keçirəcək. Xüsusilə də Mətbuat Şurası kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işini daha da effektiv və səmərəli şəkildə təşkil etməyə çalışacaq .
Umud Rəhimoğlu əmindir ki, başda Şuranın sədri Əflatun Amaşov olmaqla, şura rəhbərliyi və üzvləri bu vacib işin öhdəsindən layiqincə gələcəklər.
Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında sərəncam imzalayıb.
Sərəncamda Dövlət sirri
təşkil edən məlumatların kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə
yayılmasının qarşısı almaq üçün Nazirlər kobinetinə və Müdafiə Nazirliyi xüsusi
tapşırıqlar, Mətbuat Şurasına isə tövsiyələr verilib.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq