İllik elektrik enerjisi sərfiyyatının həddi müəyyənləşdiriləcək - Yeni qanun

img

19-05-2023 [15:34]


Azərbaycanda sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddi müəyyənləşdiriləcək.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.

Fərmana əsaəsn, elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı tədbirlər planı hazırlanacaq.

Fərmanla Nazirlər Kabinetinə elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı tədbirlər planının layihəsini yeddi ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA