İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”

İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”

DÜNYA

03.04.2026, 00:22

“İtalyan hərbçilərin də yerləşdiyi Livandakı Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Qüvvələrinin (UNIFIL) Qərb Regional Qərargahı olan Şemaa bazasına raket atılıb”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı İtaliya Müdafiə Nazirliyi açıqlayıb.

Nazirlikdən bildirilib ki, hadisə martın 2-də günortadan sonra baş verib: “İtalyan əsgərlərdən yaralanan olmayıb, bazaya zərər dəyib. Müdafiə naziri Guido Krosetto hadisə və şəxsi heyətin vəziyyəti ilə bağlı məruzələri alır…”

Xəbərdə raketin hansı qüvə tərəfindən atldığının da araşdırıldığı deyilir.

Hüseyn Namazov
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR