Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər

img

19-03-2026 [00:02]


İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Coşua Zirkze mövsümün sonunda komandasını dəyişə bilər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İtaliyanın "Yuventus" komandası futbolçu ilə maraqlanır.

Gənc hücumçu bu mövsüm "Mançester Yunayted"in heyətində 20 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, "Mançester Yunayted" futbolçunu 2024-cü ilin yayında "Bolonya"dan 42,5 milyon avro qarşılığında transfer edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA