Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda

Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda

CƏMİYYƏT

12.03.2026, 16:51

"AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin sədrinə yeni müşavir təyin edilib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı sədr Zakir İbrahimov martın 4-də Əmr imzalayıb.

Əmrə əsasən, Fuad Babayev sədrin sayca 10-cu müşaviri olub.

Qeyd edək ki, F.Babayev 1999-2023-cü illərdə Gənclər və İdman Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdiri və idarə rəisi vəzifəsində çalışıb. 2023-2025-ci illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İdarə Heyəti sədrinin müşaviri olub. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR