İsrafçılıq və ehtiyac
MƏDƏNİYYƏT
10.03.2026, 19:16
Bəzən ətrafda baş verənlər insanı bir sual üzərində düşünməyə vadar edir: İmkanlı insanların israfı çoxdur, yoxsa gündəlik zəruri tələbatlara görə əziyyət çəkən insanların ehtiyacları?
Təmtəraqlı toy və nişan məclisləri, ifrat dərəcədə təşkil olunan ziyafətlər, ad günləri, qonaqlıqlar, onların hay- küylü keçirilməsi üçün sərf olunan xərclər, şənlik tədbirlərindən geri qalmayan hüzür məclisləri və s. onlar üçün yaradılan xidmət şəraiti, saraylar son illərdə biznes, şöhrət simvoluna çevrilib.
Lazımı imkanı olmayıb borc, xərclə, kredit alaraq bu axına qoşulmaq istəyənlərin sonrakı iztirabları da ayrıca bir problemdir...
Habelə dünya malından gözü doymayan imkanlıların saysız- hesabsız mülklərə, zinət əşyalarına, bahalı maşınlara sərf olunan vəsaitləri… Müxtəlif şəxslərin böyük- böyük qutular, kisələrə yığılmış pulları…
Bunların heç birini insan bu dünyadan köçəndə özü ilə aparmadığına hamı bilir və şahiddir. Televiziya ekranlarından da tez- tez görürük ki, çox vaxt insan dünyasını dəyişmədən belə bunlar əlindən çıxır.
Bütün bunlar üzərində düşünəndə, müqayisə aparanda belə bir qənaətə gəlmək olar ki, əhali nə qədər artsa da, əslində, dünyada bolluq var - sadəcə ondan lazımınca istifadə edilmir, ədalətlə yanaşılmır, paylaşılmır.
Ən böyük bəla isə getdikcə mənəviyyatın kasıblaşması, nəfsin və sərvət düşkünlüyünün hər şeydən üstün tutulmasıdır. Təəssüf ki, bu yanaşma artıq təkcə ayrı-ayrı fərdlərin davranışı deyil, bəzən dünya siyasətinin də bir xəttinə çevrilib.
"Hay-küylə gələn, hay-küylə də gedər" - atalar sözümüz var. Asan, səs- küylü, təməli olmayan şöhrət, var-dövlət dayanıqlı ola bilməz. Belə "xoşbəxtlik" də köpük kimidir, ömrü çox ola bilmir.
Bütün bunlara baxmayaraq, hər bir insan və hər bir ailə bu “yarış meydanı"ndan kənarda qalaraq, öz imkan və büdcəsinə uyğun yaşamaqla daha rahat və mənalı bir yol seçə bilər. Təmtəraqlı tədbirlər, görüntülər yaratmaqla insan xoşbəxt ola bilmir. Yetər ki, yanaşma dəyişsin, həyati məsələlərə düşüncə ilə, anlayışla yanaşılsın.
Vahid Tağıyev,
Təcrübəli təhsil işçisi
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Səxavət Məmmədzadə Naxçıvan Xəstəxanasının direktoru təyin olundu
Bugün, 17:51 CƏMİYYƏT
-
Prezidentin köməkçisindən Avropa Parlamentinin qərarına - REKASİYA
Bugün, 17:33 SİYASƏT
-
Saleh Məmmədov getdi, Vüsal Nəsirli gəldi - Ara yerdə idmançılar maaşsız qaldı
Bugün, 17:16 İDMAN
-
Rəsmi Tehran ABŞ-a yeni təklif göndərdi – Pakistan vasitəsiylə
Bugün, 17:08 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
İlham Əliyev ailəsi ilə şəhərdə açılışda- FOTOLAR
Bugün, 16:53 GÜNDƏM
-
Bankların adından kiberdələduzluq... - İki nəfər saxlanılıb
Bugün, 16:30 KRİMİNAL
-
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilib (Yenilənib)
Bugün, 16:29 PRESS
-
İngilislər “Fənərbağça”nın futbolçusuna elçi düşüb – 18 milyonluq bazarlıq davam edir
Bugün, 16:21 İDMAN
-
"Bu, dezinformasiyadır” - DİN xəstələrin qaçma xəbərini yalanladı
Bugün, 16:13 CƏMİYYƏT
-
"Onkologiya"dakı partlayışda ağır xəsarət alan həkim haqda xəbərə reaksiya: “O, ölməyib"
Bugün, 16:06 CƏMİYYƏT
-
Ceyhun Bayramov Abbas Əraqçi ilə telefonla danışıb
Bugün, 15:52 SİYASƏT
-
Türkiyə və İran XİN başçıları müzakirə apardı
Bugün, 15:30 DÜNYA
-
Hikmət Hacıyev: "Azərbaycan bütün qonşularla dostluq münasibətləri qurub"
Bugün, 15:15 SİYASƏT
-
RƏSMİ BAKI AVROPA İLƏ ƏLAQƏLƏRİNİ NİYƏ KƏSDİ? - TƏHLİL
Bugün, 15:10 SİYASƏT
-
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında - FOTOLAR
Bugün, 14:59 SİYASƏT
-
Azercell bütün qadınları “Minlərlə ilmə, bir güc” təşəbbüsünə qoşulmağa dəvət edir
Bugün, 14:54 CƏMİYYƏT
-
Sabirabadda Kür çayı məcrasından çıxıb
Bugün, 14:45 CƏMİYYƏT
-
Türk kriminal liderin "Cəhənnəm Mələkləri": daha 780 milyonluq aktiv müsadirə olundu
Bugün, 14:29 KRİMİNAL
-
İstanbulda 1 May mitinqi dağıdıldı, həbslər var – FOTOLAR
Bugün, 14:21 SİYASƏT
-
"Yol hərəkəti haqqında" qanun dəyişdi - Prokurorluq orqanlarının maşınları ilə bağlı
Bugün, 14:07 CƏMİYYƏT
-
““ULDUZ”LU GÖRÜŞLƏR”: budəfəki qonaq yazıçı-publisist Təranə Vahid olub - FOTOLAR
Bugün, 13:59 PRESS
-
GÖMRÜK XİDMƏTİNƏ ƏLAVƏ SƏLAHİYYƏT VERİLİR - Yeni qanun
Bugün, 13:57 İQTİSADİYYAT
-
Milli Məclis hərbi xidmətlə bağlı qanunlara dəyişiklik etdi - DETALLAR
Bugün, 13:37 GÜNDƏM
-
Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistan... - Hikmət Hacıyevin səfirlə görüşü yeni geosiyasi formatla əlaqəlidir? (TƏHLİL)
Bugün, 13:08 SİYASƏT
-
Müsəllim Həsənov: "Sizdən Ulu Tanrıya şikayət edəcəyəm!" - MÜSAHİBƏ
Bugün, 12:53 SİYASƏT
-
Daha bir vəkilə töhmət verilib - İki vəkilə isə xəbərdarlıq olunub
Bugün, 12:51 CƏMİYYƏT
-
Prezident Ədalət Fərəcovu təltif etdi - Sərəncam
Bugün, 12:47 GÜNDƏM
-
İrandan Azərbaycana 55 kq narkotik keçirmək istəyiblər
Bugün, 12:43 KRİMİNAL
-
Aktların məcburi icrası... - Deputatlar yeni qanuna "hə" dedi
Bugün, 12:41 CƏMİYYƏT
-
KTİN-in keçmiş mətbuat katibinə bu qurumda vəzifə verildi
Bugün, 12:34 PRESS
-
Sabah yağış yağacaq
Bugün, 12:31 CƏMİYYƏT
-
MAY GƏLDİ: bu ay 14 gün iş olmayacaq
Bugün, 12:25 GÜNDƏM
-
Qarabağda indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb
Bugün, 12:09 GÜNDƏM