İran gəmisini vuran ABŞ sualtı qayığında avstraliyalı hərbçiləri də olub

img

06-03-2026 [14:14]


İran gəmisini vuran ABŞ sualtı qayığında Avstraliya hərbçiləri də olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Avstraliyanın Baş naziri Entoni Albanese verib.

O, İran Hərbi Dəniz Qüvvələri "IRIS Dena" freqatını vuran ABŞ sualtı qayığında üç Avstraliya əsgərinin olduğunu təsdiqləyib: "Adətən biz belə bir şeyi təsdiqləməzdik, lakin Milli Təhlükəsizlik Komitəsinin açqlaması və ictimai marağı nəzərə alaraq, həmin gəmidə üç Avstraliya hərbi qulluqçusunun olduğunu təsdiqləyə bilərəm. Xüsusi qeyd edim ki, avstraliyalı hərbçilər İrana qarşı əməliyyatında iştirak etməyib".

Xatırladaq ki, ABŞ-ın Virciniya sinifli sürətli hücum sualtı qayığı İrana məxsus "IRIS Dena" hərbi gəmisini Şri-Lanka sahillərində batırıb. Nəticədə 87 hərbçi həlak olub, 32 nəfər isə yaralı halda xilas olunub.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA