Rəsmi Tehran vurulan gəmiyə görə ABŞ-ı hədələdi: "Unutma, çox ağır şəkildə peşman olacaqsız"

img

05-03-2026 [11:30]


"ABŞ beynəlxalq sularda xəbərdarlıq etmədən İran freqatı "Dena"nı vuraraq dənizdə vəhşət törədib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

O bildirib ki, ABŞ İran sahillərindən 2000 mil məsafədə dənizdə törətdiyi bu aktın cavabını alacaq: "Hindistan Hərbi Dəniz Qüvvələrinin qonağı olan və təxminən 130 dənizçi daşıyan "Dena" freqatı beynəlxalq sularda heç bir xəbərdarlıq etmədən vurulub. Bunu unutma, ABŞ!. Yaratdığınız bu presedentə görə çox acı bir şəkildə peşman olacaqsınz!"

Xatırladaq ki, ABŞ müdafiə naziri Pit Heqset dünən İran freqatının Şri-Lanka sahillərində sualtı qayıqdan atılan torpedo ilə batırıldığını açıqlayıb.

Yayılan məlumata görə, nəticədə 80-dən çox hərbçi hadisə yerində həlak olub. Qalanlar yaralı halda xilas ediliblər.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA