Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti “Ana harayı” abidəsini ziyarət edib - FOTOLAR

img

26-02-2026 [12:05]


Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Mia.az xəbər verir ki, abidə önünə gül dəstələri düzülüb, Xocalı şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad olunub.

1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Bu faciə nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, qocalar xüsusi amansızlıqla qətlə yetirilib.

Xocalı qurbanlarının xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların acısı bizim ortaq kədərimizdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA