BİR PEŞƏKAR MƏDƏNİYYƏT İŞÇİSİNİ İTİRDİK...

img

25-02-2026 [18:29]


25 fevral 2026-cı il tarixdə Azərbaycan mədəniyyətinə, Mil-Muğan regionunun ictimai- mədəni həyatına ağır itki üz verdi. Mil-Muğan Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən İmişli rayon Mədəniyyət Mərkəzinin direktoru Şirinov Sərvər Mərkəz oğlu 52 yaşında dünyasını dəyişdi.

Gözlənilməz ölüm onu tanıyan hər kəsi- region ictimaiyyətini, çox saylı mədəniyyət işçilərini və dostlarını sarsıtdı. Bu başsağlığı da üzüntü və göz yaşları ilə yazılır.

Allah Sənə rəhmət eləsin, Sərvər müəllim!  

Sən necə səmimi, qədirbiləm, dostcanlı, peşəsində fərq yaratmağı bacaran istedadlı bir mədəniyyət işçisi, bir rəhbər idin?!

Sərvər Şirinov Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatr və kino aktyorluğu" fakultəsini bitirmişdi. Mədəniyyət sahəsində müxtəlif vəzifələrdə işləmiş, 2001-ci ildən isə Mədəniyyət Mərkəzinin direktoru idi.

Mərhum həmişə öz peşəkar fəaliyyəti, yaradıcılıq məharəti ilə mədəniyyimizin inkişafına öz töhfələrini vermiş, əməyinə görə hər kəsin sevimlisinə çevrilmişdi. Elə ona görə də onun itkisi Mil-Muğan regionunda hamını kədərləndirir, qəlb ağrısı ilə yad edib, rəhmət diləyirlər.

Ruhu şad, məkanı cənnət olsun!

Xatirəsi həmişə qəlbimizdə olacaq! 

Ailə üzvlərinə, yaxınlarına və əmək kollektivinə səbr diləyirik!

Səxavət TAĞLAR,
Əməkdar müəllim, Prezident mükafatçısı

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA