Caner Erkin komandadan qovuldu - 12 oyuna 4 qırmızı vərəqə almışdı

img

25-02-2026 [16:54]


Türkiyə 1-ci Liqasında çıxış edən "Sakaryaspor" klubunun rəhbərliyi yığmanın keçmiş müdafiəçisi Caner Erkinlə bağlı sərt qərar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son turda "Sivasspor"la matçda da qırımızı kart görərək komandanı çətin vəziyyətdə qoyan 38 yaşlı təcrübəli futbolçunun müqaviləsinə xitam verilib.

Bu barədə klub belə açıqlama yayıb: ""Oyunçumuz Caner Erkinlə yollarımızı ayırmaq barədə qarşılıqlı razılığa gəldik. Ona gələcək karyerasında uğurlar arzulayırıq".

Xatırladaq ki, 38 yaşlı Caner Erkin "Sakaryaspor"un heyətində 12 matçın 4-də birbaşa qırmızı vərəqə alıb.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA