Dik Advokat istefa verdi - Açıqlamalar

Dik Advokat istefa verdi - Açıqlamalar

İDMAN

23.02.2026, 17:06

Hollandiya millisinin Baş məşqçi Dik Advokat vəzifəsindən istefa verib.

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, 78 yaşlı mütəxəssis bunu qızının səhhətindəki problemlərlə əlaqələndirib.

Bu barədə Futbol Federasiyası açıqlama yayıb.

Təcrübəli baş məşqçi isə istefası barədə deyib: "Mən həmişə demişəm ki, ailə futboldan əvvəldir. Buna görə də bu, təbii bir qərardır...". 

Futbol Federasiyasının prezidenti Gilbert Martina isə qərara hörmətlə yanaşılmalı olduğunu bildirib: "O, milli komanda ilə tarix yazdı. Ona həmişə ona minnətdar olacağıq".

Xatırladaq ki, Hollandiya Dünya Kubokuna vəsiqə qazanıb.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR