XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat

XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat

CƏMİYYƏT

23.02.2026, 12:31

Bu yaxınlarda təqaüdə göndərilən 43 yaşlı general-leytenant Babək Qurbanov yenidən vəzifəyə gətirilib.

Mia.az Qafqazinfo-ya istinadla xəbər verir ki, o, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin köməkçisi təyin edilib.

Son olaraq DSX Mərkəzi Aparatının rəisi vəzifəsində çalışan B.Qurbanov səhhəti ilə bağlı hərbi xidmətdən ayrılıb. General bundan sonra fəaliyyətini mülki işçi kimi davam etdirəcək.

Qeyd edək ki, B.Qurbanov İkinci Qarabağ müharibəsi zamanı şücaəti ilə seçilib. Müharibədən sonra ona “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, sonradan general-mayor, bir neçə il sonra isə general-leytenant ali hərbi rütbəsi verilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR