Sumqayıtda şəhidlə vida mərasimi olub

img

20-02-2026 [11:07]


Sumqayıtda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mehriban Qarayeva ilə vida mərasimi keçirilib.

Mia.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Sumqayıt şəhərinin rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mehriban Arif qızı Qarayeva 1970-ci ilin martın 27-də Sumqayıt şəhərində anadan olub.

1992-ci il iyulun 9-da Ağdərə rayonunun Sərxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

Mehriban Qarayeva Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək/Report.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA