Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb

img

20-02-2026 [11:33]


Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb.

Mia.az xəbər verir ki, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev jurnalistlərə açıqlamasında məhkəmə sistemində, ədalət mühakiməsində süni intellektin tətbiqi ilə bağlı proqram hazırlandığını deyib:

"Xüsusilə iddia ərizələri, apellyasiya, kassasiya şikayətləri məhkəməyə daxil olan zaman onların prosessual normalara uyğun tətbiqinin süni intellekt vasitəsilə yoxlanılması nəzərdə tutulur. Eyni zamanda, çox sadə işlər, əmr icraatı, icra icraatı qaydasında verilən ərizələrə və şikayətlərə süni intellekt vasitəsilə baxılacaq".

Onun sözlərinə görə, bu sahədə son məqsədlərdən biri də məhkəmə qərarlarının proqnozlaşdırılmasını təmin etməkdir:

"Beləliklə, vətəndaşlar məhkəməyə müraciət edən zaman iddiasının uyğunluq dərəcəsini qiymətləndirə biləcəklər"(report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA