Armen Qriqoryan Azərbaycan QHT sədrləri ilə görüşdü - Ermənistanda

Armen Qriqoryan Azərbaycan QHT sədrləri ilə görüşdü - Ermənistanda

SİYASƏT

14.02.2026, 16:33

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Ermənistana səfər edən Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasından bildirilib.

"Qriqoryan Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərini alqışlayıb və vurğulayıb ki, bu formatda ikitərəfli əlaqələr qarşılıqlı etimadın möhkəmlənməsində və mehriban qonşuluq münasibətlərinin inkişafında mühüm rol oynayır", - məlumatda deyilib.

Qeyd olunub ki, tərəflər sülh prosesini, regional kanalların blokadadan çıxarılması nəticəsində yaranacaq iqtisadi imkanları, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin cari inkişaf dinamikasını müzakirə ediblər/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR