Prezident İlham Əliyev Bərzani ilə görüşüb - Almaniyada

Prezident İlham Əliyev Bərzani ilə görüşüb - Almaniyada

GÜNDƏM

13.02.2026, 17:04

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.

Mia.az xəbər verir ki, söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana səfərləri, həmçinin Prezidenti İlham Əliyevlə görüşləri məmnunluqla xatırlanaraq, bütün bunların əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirildi.

Azərbaycan Prezidenti və İraq Kürdüstan Regionunun başçısı iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardılar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.

Dövlət başçısı Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib. İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR