Qubada səkkiz nəfər qidadan zəhərlənib - Araşdırma başlayıb (Yenilənib)

img

09-02-2026 [09:59]


Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib.

Mia.az xəbər verir ki, rayonun Xucbala kəndində qonaqlıq zamanı - 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-ci il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il N.Şabutova, 2010-cu il D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Onların paytaxt salatından zəhərləndikləri ehtimal olunur. Faktla bağlı araşdırma aparılır/Report.

***

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qurumlarla birgə bu fakt üzrə araşdırmaya başlayıb.

Mia.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırma zamanı məlum olub ki, zərərçəkənlər ad günü tədbiri zamanı ev şəraitində hazırlanan qida məhsullarını istehlak etdikdən sonra özlərini narahat hiss ediblər. Daha sonra müayinə məqsədilə Quba və Qusar rayon mərkəzi xəstəxanalarına müraciət olunub: "Onlardan nümunələr götürülüb, vəziyyətləri stabildir. Hazırda araşdırmalar davam edir".

Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini bildirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA