Keçmiş vəkil həbs edilib - Səbəb

img

26-01-2026 [11:44]


2022-2025-ci illərdə Vəkillər Kollegiyasının üzvü olmuş İbrahim Hüseynov həbs edilib.

Məlumata görə, 38 yaşlı keçmiş vəkil Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 2 il həbs cəzasına məhkum edilib.

Araşdırmalarla müəyyən olunub ki, İbrahim Hüseynov 2024-cü ildə həbs edilmiş vətəndaşın ailə üzvlərindən həmin şəxsin azadlığa buraxılması müqabilində 44 min manat pul alıb. Lakin İ.Hüseynov verdiyi vədə əməl etməyib. O, narkotik ittihamı ilə tutulan F.Şahbazov adlı şəxsi azadlığa çıxara bilməyib. Bundan sonra həmin şəxsin ailə üzvləri polisə müraciət ediblər. İstintaq müddətində İbrahim Hüseynov aldığı pulun 18 min manatını geri qaytarsa da, böyük hissəsini verməyib.

Qeyd edək ki, İ.Hüseynov “Güvən” vəkil bürosunun vəkili kimi işləyib. Vəkillər Kollegiyasının Mətbuat xidmətindən saytımıza bildirilib ki, həmin şəxs Rəyasət Heyətinin 25.11.2025-ci il tarixli qərarı ilə Kollegiya üzvlüyündən xaric edilib/Qafqazinfo.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA