ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? - TƏHLİL
SİYASƏT
26.01.2026, 13:47
ABŞ prezidenti Donald Trump-ın Azərbaycan və Ermənistan rəhbərləri ilə Vaşinqtonda keçirdiyi son görüşdən sonra verdiyi açıqlama diqqətdən yayınmamalıdır. O bəyan etdi ki, vitse-prezident JD Vance yaxın aylarda həm Azərbaycana, həm də Ermənistana səfər edəcək.
Bu səfər təsadüfi deyil. Hər iki ölkə Trampın təşəbbüsü ilə yaradılan və “beynəlxalq sülh və rifah marşrutu” kimi təqdim olunan mexanizmə qoşulub. Vaşinqton Azərbaycan və Ermənistanı uzun illər davam edən münaqişədən sonra sülhə nail olmuş, region üçün nümunə kimi təqdim edir.
Məhz bu kontekstdə ABŞ-ın Bakı və İrəvanla bağlı təklifləri müxtəlif cür şərh olunur. Sosial şəbəkələrdə və müxalifət düşərgəsində iddia edilir ki, guya ABŞ Ermənistana nüvə texnologiyası və sənaye imkanları verir, Azərbaycana isə sadəcə müdafiə vasitələri satır. Buradan da bel’ bir nəticə çıxarılır ki, Ermənistan texnoloji baxımdan Azərbaycanı qabaqlayacaq. Bu yanaşma siyasi analiz deyil. Real siyasətdə əsas sual “kimə nə verildi?” yox, “kimə hansı rol verildi?” sualıdır.
“The Kyiv Post” bu məsələdə Vaşinqtonun mövqeyini açıq göstərir. Donald Trampın Truth Social paylaşımında dediyi cümlə sitat kimi verilir: “We will strengthen our strategic partnership with Azerbaijan a beautiful Agreement for Peaceful Nuclear Cooperation with Armenia Deals for our Great Semiconductor Makers and the sale of Made in the USA Defense Equipment such as body armor and boats to Azerbaijan.”( Biz Azərbaycanla strateji tərəfdaşlığı gücləndirəcəyik Ermənistanla dinc nüvə əməkdaşlığına dair gözəl bir razılaşma bağlayacağıq böyük yarımkeçirici istehsalçılarımız üçün sazişlər və Azərbaycana ABŞ istehsalı olan müdafiə avadanlıqlarının o cümlədən bədən zirehləri və qayıqların satışı həyata keçiriləcək.)
Bu cümlə ilk baxışda “məhsul bölgüsü” kimi görünə bilər. Lakin Kyiv Post-un məqaləsi göstərir ki, məsələ məhsul deyil, arxitekturadır. ABŞ-ın əsas aləti TRIPP adlanan mexanizmdir. Məqalədə bu, belə təsvir olunur: “Last week Secretary of State Marco Rubio and Armenian Foreign Minister Ararat Mirzoyan unveiled the Implementation Framework for the Trump Route for International Peace and Prosperity or TRIPP.” (Keçən həftə ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu üçün İcra Çərçivəsini yəni TRIPP-i təqdim etdilər.)
Bu sənəd sadəcə niyyət bəyannaməsi deyil. O konkret olaraq dəmir yollarını yol dəhlizlərini enerji şəbəkələrini və gəlir axınlarını planlaşdırır. Məqalənin ən vacib cümlələrindən biri isə budur: “A US-controlled development company Armenian regulatory authority and ironclad guarantees on territorial integrity form the backbone.” (ABŞ-ın nəzarətində olan inkişaf şirkəti Ermənistanın tənzimləyici qurumu və ərazi bütövlüyünə dair möhkəm təminatlar bu mexanizmin əsasını təşkil edir.)
Bu cümlə rol bölgüsünü açıq göstərir. Ermənistanın suverenliyi vitrində qorunur, lakin tranzitin faktiki idarə edilməsi ABŞ-ın nəzarətində qurulur. Bu nə texnoloji sıçrayışdır, nə də sənaye inqilabı. Bu risklərin idarə olunmasıdır.
Ermənistanla bağlı “nüvə texnologiyası” anlayışının şişirdilməsi də bu kontekstdə başa düşülməlidir. Söhbət nə hərbi nüvə potensialından, nə də strateji texnoloji üstünlükdən gedir. 1976-cı ildən fəaliyyət göstərən, 1988-ci il zəlzələsindən sonra bağlanıb 1995-ci ildə yenidən işə salınan bu stansiya sovet dövründən qalan köhnə və seysmik risk zonasında yerləşən Metsamor Atom Elektrik Stansiyasının təhlükəsizliyinin idarə olunmasıdır. ABŞ eyni yanaşmanı əvvəllər Ukrayna, Rumıniya, Bolqarıstan və Slovakiyada da tətbiq edib. Heç bir ölkə bu paketlər sayəsində texnoloji gücə çevrilməyib. Çünki bu paketlərin mahiyyəti inkişaf yox, təhlükəsizlikdir.
Azərbaycanla bağlı ABŞ-ın yanaşması isə kökündən fərqlidir. Burada söhbət köhnə infrastrukturu nəzarətdə saxlamaqdan yox, regionun yeni təhlükəsizlik və logistika arxitekturasında əsas dayaqlardan birini formalaşdırmaqdan gedir. Trampın birinci prezidentliyi dövründə ABŞ 907-ci düzəlişə baxmayaraq Azərbaycana real hərbi-təhlükəsizlik yardımları ayırırdı. Bu yardımlar Xəzər hövzəsində təhlükəsizlik, sərhəd nəzarəti, antiterror imkanları və strateji infrastrukturun qorunmasına yönəlmişdi. Bu fakt bu gün də dəyişməyib. Dəyişən yalnız təqdimat formasıdır.
Bu gün ABŞ Azərbaycanı yardım alan ölkə kimi yox, platforma ölkə kimi görür. Enerji xətləri, tranzit marşrutları, yarımkeçirici tədarük zəncirləri, data və logistika axınları baxımından Bakı istehsalçı yox, koordinasiya mərkəzi kimi nəzərdə tutulur. Bu məhsul almaq deyil. Bu sistemin içində yer almaqdır. Bu isə daha yüksək səviyyəli siyasi statusdur.
Qərb auditoriyasına istiqamətlənmiş Ukraynanın ən nüfuzlu ingilisdilli saytı olan Kyiv Post-un diqqət çəkdiyi daha bir vacib detal vitse-prezidentin marşrutudur. Məqalədə açıq şəkildə qeyd olunur ki Vance Bakıya və İrəvana gedir, lakin Tiflisə yox. Bu fakt belə izah edilir: “Notably absent from Vance’s itinerary Georgia.” (Diqqətçəkən məqam Vance-in marşrutunda Gürcüstanın olmamasıdır.)
Bu detal ABŞ-ın Cənubi Qafqazda yeni prioritet xəritəsini göstərir. Vaşinqton regionun əsas dayaqlarını artıq Bakı–İrəvan xətti üzərində qurur. Gürcüstanın kənarda qalması təsadüf deyil. Bu, ABŞ-ın yeni marşrut məntiqinin nəticəsidir.
Qarabağ məsələsinin ABŞ və ümumilikdə Qərbin gündəliyində ayrıca başlıq kimi görünməməsi də məhz bu səbəbdəndir. Bu nə mövzunu unutmaqdır, nə də inkar. Bu Qarabağın artıq aktiv münaqişə yox, başa çatmış proses kimi qəbul edildiyini göstərir. Qərb üçün əsas məsələ münaqişənin özü yox, münaqişədən sonrakı nizamdır.
Amerikadakı erməni diasporunun bu reallığı qəbul etməməsi isə ayrıca xətdir. Kyiv Post bu ziddiyyəti də göstərir. Diaspora keçmişlə yaşayır, rəsmi İrəvan isə gələcəyi xilas etməyə çalışır. ABŞ da bu fərqi görür və Ermənistanı diaspora ritorikasından uzaqlaşdıraraq, praktik inteqrasiyaya yönəltməyə çalışır.
ABŞ Cənubi Qafqazda kimə nə satıldığını hesablamır. ABŞ kimə hansı rolu verdiyini hesablayır. Ermənistana risklərin idarə edilməsi və sistemə uyğunlaşma təklif olunur. Azərbaycana isə marşrut platforma və regional dayaqlıq funksiyası verilir. Bu fərq texniki deyil, stratejidir. Texnologiya almaq olar, müqavilələr dəyişə bilər. Amma geosiyasi rol nadir hallarda verilir. ABŞ-ın bu mərhələdə Cənubi Qafqazda etdiyi də məhz budur: regionu münaqişə yaddaşından çıxarıb marşrut məntiqinə daxil etmək.
Elbəyi Həsənli. Sürix
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ege dənizində qorxunc mənzərə: nəhəng balıqlar niyə qırılır? - FOTO
Bugün, 00:57 İQTİSADİYYAT
-
"Trabzonspor" daha bir məşhur hücumçu alır: "İnanın, bazarda normal oyunçu yoxdur"
Bugün, 00:40 İDMAN
-
PREZİDENT İLHAM ƏLİYEV ÖZBƏKİSTANDA: yeni sənədlər imzalandı, mühüm mesajlar + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bugün, 00:31 GÜNDƏM
-
İrandan müharibəni alovlandıracaq qərar - "Hörmüz boğazından keçən gəmilər üçün rüsum alınacaq"
Bugün, 00:29 GÜNDƏM
-
Seda Sayan konsertdə arxada oturanları lağa qoyub, daha sonra isə "Kasıblar" sözünü geri götürdü, lakin...
Bugün, 00:21 ŞOU-BİZNES
-
Özgür Özələ dəstək verən deputat qəfil geri çəkildi: "Ərdoğanla görüşdüm.."
Bugün, 00:13 SİYASƏT
-
Avropanın nəhəng ölkəsindən açıq təhdid: "...Şengendən çıxacağıq"
Bugün, 00:12 DÜNYA
-
Erling Haaland görkəmini dəyişdi - FOTO
Bugün, 00:04 İDMAN
-
Salah varsa, problem yoxdur! - "Trabzonspor" 2 qolla qazandı
Bugün, 00:02 İDMAN
-
İLHAM ƏLİYEVLƏ ŞAVKAT MİRZİYOYEV BİR-BİRLƏRİNİ TƏLTİF ETDİ - FOTOLAR
23.08.2026, 23:54 GÜNDƏM
-
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi və "Oxunguzar"da - FOTOLAR (Yenilənib)
23.08.2026, 23:00 GÜNDƏM
-
Mehriban Əliyeva Özbəkistanın birinci xanımı ilə görüşüb - FOTO
23.08.2026, 20:01 GÜNDƏM
-
Leyla Əliyeva oğulları ilə Daşkənddə - FOTO
23.08.2026, 18:16 SİYASƏT
-
Azərbaycanla Özbəkistan arasında tarixi sənəd: "Əbədi dostluq haqqında Müqavilə” imzalandı - Nələr olacaq? + FOTOLAR
23.08.2026, 17:11 GÜNDƏM
-
Prezident və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
23.08.2026, 16:25 GÜNDƏM
-
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edilib
23.08.2026, 16:16 GÜNDƏM
-
Azərbaycan-Özbəkistan münasibətləri: görünən və görünməyən detallar (TƏHLİL)
23.08.2026, 16:15 SİYASƏT
-
Prezident və xanımı Daşkənddə Heydər Əliyevin barelyefi önündə - VİDEO
23.08.2026, 14:47 GÜNDƏM
-
"Bir-birimizi başa düşürük, bəzi hallarda rus dilində də danışırıq" - Hikmət Hacıyev + VİDEO
23.08.2026, 14:31 SİYASƏT
-
Bəzi bürclər niyə daim maliyyə çətinlikləri ilə üzləşir? - SƏBƏB
23.08.2026, 13:34 MƏDƏNİYYƏT
-
Vətəndaşların şəxsi məlumatları qanunsuz əldə edilirmiş? - “Kapital Bank”la bağlı şok iddia + AÇIQLAMA
23.08.2026, 13:23 İQTİSADİYYAT
-
Sabahın hava proqnozu açıqlandı
23.08.2026, 12:33 GÜNDƏM
-
Sabunçu Tibb Mərkəzinin Dializ şöbəsində virus yayılıb? - Şikayətçi Xəzər TV-yə elə sözlər dedi ki... (VİDEO)
23.08.2026, 12:22 CƏMİYYƏT
-
Direktor müavinlərinin işə qəbulu üzrə qeydiyyat başlayır - Bu tarixdə
23.08.2026, 12:14 GÜNDƏM
-
Prezidentin səfərini işıqlandıran jurnalistlər... - VİDEO
23.08.2026, 10:21 PRESS
-
Prezidentin səfərindən öncə Daşkənddə möhtəşəm dron şousu - VİDEO
23.08.2026, 10:08 GÜNDƏM
-
Xəzərdə neftçi faciəli şəkildə öldü
23.08.2026, 09:24 CƏMİYYƏT
-
Bakının icra başçısı Özbəkistanda: “Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb”
23.08.2026, 00:21 SİYASƏT
-
Özbəkistanla Azərbaycan arasında yeni sənədlər imzalanıb - FOTOLAR (Yenilənib)
22.08.2026, 18:08 İQTİSADİYYAT
-
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib
22.08.2026, 17:45 SİYASƏT
-
Xalq artisti Şükufə Yusupovanı maşın vurub, vəziyyəti ağırdır - AÇIQLAMALAR (Yenilənib)
22.08.2026, 15:21 MƏDƏNİYYƏT
-
Səfirin mətbuat konfransında protokol pozuntusu…
22.08.2026, 14:31 SİYASƏT
-
“TikTok” üçün video çəkən yeniyetməni “tok” vurdu - Bakıya gətirildi (Yenilənib)
22.08.2026, 13:59 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
22.08.2026, 12:00 GÜNDƏM