Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)

img

26-01-2026 [12:45]


Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Gideon Saar arasında geniştərkibli görüş keçirilib.

Mia.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik daxil olmaqla bir çox sahələr üzrə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Həmçinin, əməkdaşlıq üçün yeni imkanların araşdırılmasında qarşılıqlı maraq vurğulanıb.

Nazirlər, həmçinin beynəlxalq və regional əhəmiyyət kəsb edən məsələlərə toxunublar.

XİN başçıları hər iki ölkələnin regionlarında və kənarda sülhə, inkişafa və rifaha töhfə verilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər Azərbaycan–İsrail tərəfdaşlığının daha da dərinləşdirilməsi əzmini ifadə ediblər.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA