Baş redaktordan Su idarəsinin rəisinə sərt mesajlar: "Bu “hüquqşünas” ayıbına kor olmaq əvəzinə hələ utanmadan deyir ki.." (VİDEO)
CƏMİYYƏT
23.01.2026, 10:31
"Bu məsələyə münasibət bildirmək istəmirdim. Bunun da obyektiv və subyektiv səbəbləri var. Prosesləri diqqətlə izləyirəm. Son üç ildə Naxçıvanda baş verən hadisələrə kar, kor olanların indi qulağı eşitməyə başlayıb, gözləri açılıb. Babək rayonunun Payız kəndinin sakinlərinin şikayətini, (etirazını yox ha) belə qabartmaq kimə və nə üçün lazım idi?"
Mia.az xəbər verir ki, bu sözləri Naxçıvandakı Şərq qəzetinin keşmiş Baş redaktoru, hazırda TNS Yutub kanalına rəhbərlik edən Tural Səfər sosial media səhifəsində yazıb.
Onun sözlərinə görə, birinci bu sual ətrafında düşünmək lazımdır: "Naxçıvanlıların problemlərini ictimailəşdirməkdə maraqlı olanlar 3 ay əvvələ qədər muxtar respublika əhalisinin səsini niyə eşitmirdi? Bəlkə eşitmək istəmirdilər. Naxçıvanlılar heç vaxt qışın oğlan çağında su davasına çıxmayıblar. Fikrimcə, bu, su davası deyil, başqa davadır. Nə isə... Çox dərinə getmək istəmirəm.
Bu statusu yazmağıma Naxçıvan Su Meliorasiya İstismarı İdarəsinin hüquqşünas rəisi Malik Rzayevin Payız kəndində səsləndirdiyi fikirlər səbəb oldu. Adam bilərəkdən və ya bilməyərəkdən deyir ki, son 20 ildə bu kənddə heç bir iş görülməyib. Bunun iki izahı var. Ya bu “hüquqşünas” o qədər savadsızdır ki, nə dediyinin fərqində deyil, ya da dövlətin bu kənddə gördüyü işləri qəbul etmir. Malik Rzayev bilmir ki, son 20 ildə bu ölkəyə kim rəhbərlik edib?
Mən bu “hüquqşünasa” xatırladıram ki, son 20 ildə Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında, Babək rayonunun hər bir kəndində, eləcə də Payızda Prezident İlham Əliyevin diqqət və qayğısı ilə çox böyük işlər görülüb. Payızda məktəb, kənd mərkəzi tikilib, kəndə yol çəkilib. Su probleminin həllini dövlət sənə tapşırıb, sən də yarıtmamısan. Ayıbına kor olmaq əvəzinə hələ utanmadan çıxıb deyir ki, son 20 ildə burda heç bir iş görülməyib. İndi mən sual verirəm. Dövlətin bu məmurunun Əli Kərimli ilə nə fərqi var? Bu məmur Payız kəndinə yaratdığı problemə, yarıtmaz fəaliyyətinə görə vəzifəsindən çıxarılmasa da, bu sözünə görə qovulmalıdır. Dövlətin gördüyü işlərə kölgə salan adamlar cəzasız qala bilməz".
Samir
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Fənərbaxça"nın braziliyalı futbolçusu: "Heç nədən və heç kimdən qaçmıram”
Bugün, 00:24 İDMAN
-
87 yaşlı evində yanaraq ölüb
Bugün, 00:22 CƏMİYYƏT
-
İran: “Son 72 saatda 52 gəmimiz ABŞ blokadasını yarıb”
Bugün, 00:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
MSK-nin yeni üzvü Elçin Xələfov kimdir? - Maraqlı faktlar
28.04.2026, 23:57 SİYASƏT
-
Xaricdən gətirilən maşınlar müsadirə edilə bilər - Əgər bu müddətə qədər...
28.04.2026, 23:33 İQTİSADİYYAT
-
Tramp Kralla bir arada: "Sizi burada qəbul etmək bizim üçün böyük şərəfdir"
28.04.2026, 23:23 DÜNYA
-
Ukrayna Rusiyanın nəhəng neft zavodunu vurdu: "Əhali təxliyə edilib" – FOTOLAR
28.04.2026, 22:54 GÜNDƏM
-
Əsassız şikayətlər çoxaldıqca, haqlı müraciətlər azalır və kölgədə qalır - Vahid Tağıyev yazır
28.04.2026, 22:42 YAZARLAR
-
Azərbaycanlı tələbə dünyanın TOP 10 universitetlərindən birinə qəbul aldı — Xəyal etdiyi hədəf reallığa çevrildi
28.04.2026, 22:15 CƏMİYYƏT
-
Prezident ailəsiylə Qəbələdə - FOTO
28.04.2026, 22:06 GÜNDƏM
-
Ceyhun Bayramov BƏƏ Dövlət naziri ilə müzakirə apardı - Qəbələdə + FOTO
28.04.2026, 18:50 SİYASƏT
-
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
28.04.2026, 18:38 İQTİSADİYYAT
-
""İran bizə çökmə vəziyyətindəyik" dedi və…” – Tramp bu dəfə elə sözlər açıqladı ki…
28.04.2026, 18:13 GÜNDƏM
-
Dövlət Gömrük Komitəsinin səlahiyyəti genişləndirilir - Nələr olacaq?
28.04.2026, 18:10 İQTİSADİYYAT
-
DEPUTATLAR BU TARİXDƏ TOPLANIR - Hansı qanunlar dəyişəcək?
28.04.2026, 17:59 GÜNDƏM
-
Bakıda bəzi yollar bağlanacaq
28.04.2026, 17:52 GÜNDƏM
-
Joze Mourinyo geri dönür?
28.04.2026, 17:36 İDMAN
-
Mədəniyyət sahəsində layihələr... - Prezident qrantla bağlı qanunu təsdiqlədi
28.04.2026, 17:24 MƏDƏNİYYƏT
-
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə müzakirə aparıb
28.04.2026, 17:19 GÜNDƏM
-
Türkiyə-Ermənistan İşçi Qrupu toplandı - Nələr müzakirə edildi?
28.04.2026, 17:14 SİYASƏT
-
Birləşmiş Ərəb Əmirlikləri OPEC-dən çıxır - Bəyanat verildi
28.04.2026, 17:07 GÜNDƏM
-
“Hamı yazdı ki, ərə gedirsən?” - Aparıcı Vüsalə Əlizadə
28.04.2026, 17:04 ŞOU-BİZNES
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
28.04.2026, 17:00 İQTİSADİYYAT
-
Güllələnən müəllimə “İdrak” Liseyindən ayrılıb? - AÇIQLAMA (YENİLƏNİB)
28.04.2026, 16:39 CƏMİYYƏT
-
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
28.04.2026, 16:28 CƏMİYYƏT
-
Zaur Kamal efirə dönür?
28.04.2026, 16:25 MƏDƏNİYYƏT
-
Həbsdə olan Mövlam Şıxəliyevin oğlu ölkəni tərk edib
28.04.2026, 16:18 SİYASƏT
-
Vasif Eyvazov direktor təyin edildi
28.04.2026, 16:18 CƏMİYYƏT
-
"Burada MSK məsələ həll edən orqan deyil ki...” - Mikayıl Rəhimov
28.04.2026, 16:10 SİYASƏT
-
Ukraynanın oğurlanan taxılları… - Aİ-dən İsrailə məktub göndərildi, 3-cü ölkələr hədələndi
28.04.2026, 15:57 İQTİSADİYYAT
-
"Prezident Kuboku 2026": Komandaların rəsmi paradı və təqdimatı keçirilib
28.04.2026, 15:55 İDMAN
-
Memarlıq və İnşaat Universitetində yanğın olub
28.04.2026, 15:41 CƏMİYYƏT
-
Xocalının daha iki kəndində əkin torpaqları icarəyə veriləcək
28.04.2026, 15:20 İQTİSADİYYAT