Tramp–Əliyev xətti və İranın gələcəyi: Cənubi Azərbaycan üçün geopolitik pəncərə - TƏHLİL
23-01-2026 [10:25]
Son dövrlər Azərbaycan ictimai-siyasi gündəmində ABŞ–Azərbaycan yaxınlaşması və Donald Tramp-İlham Əliyev tandemi xüsusi yer tutur.
Bu yaxınlaşma bəzən emosional ritorika ilə təqdim olunur, bəzən isə sadəcə daxili siyasi təbliğat kimi qiymətləndirilir. Amma məsələni bu qədər sadələşdirmək təhlükəlidir. Çünki Qərb mediasının dili göstərir ki, söhbət şəxsi simpatiyadan yox, regional güc balansının dəyişməsindən gedir.
Bu kontekstdə əsas sual budur: ABŞ-Azərbaycan yaxınlaşması nəyi dəyişir, kimləri narahat edir və ən əsası, İran daxilində mümkün siyasi transformasiyalar fonunda Cənubi Azərbaycan üçün hansı real nəticələr doğura bilər?
Sülh yox, normallaşma mexanizmi
Qərb mediası Tramp administrasiyasının Azərbaycan–Ermənistan xəttində fəallaşmasını sentimental “sülh hekayəsi” kimi deyil, strukturlaşmış normallaşma prosesi kimi göstərir. Reuters bu prosesi belə xarakterizə edir: “The deal between the South Caucasus rivals would boost bilateral economic ties after decades of conflict and move them toward full normalization of relations.” Yəni Cənubi Qafqazdakı rəqiblər arasında razılaşma onilliklərdir davam edən münaqişədən sonra iqtisadi əlaqələri gücləndirəcək və münasibətləri tam normallaşmaya doğru aparacaq.
Burada açar anlayış “full normalization”dır. Qərb üçün əsas məqsəd emosional barış deyil, münaqişə yaradan strukturun sökülməsi və onun yerinə iqtisadi-siyasi inteqrasiyanın qurulmasıdır.
Time jurnalı isə prosesi daha açıq ifadə edir: “This move weakens Russian and Iranian influence in the South Caucasus.” Yəni bu addım Cənubi Qafqazda Rusiya və İranın təsirini zəiflədir. Bu cümlə bütün prosesin mahiyyətini açır: ABŞ-Azərbaycan yaxınlaşması Bakı üçün diplomatik qazanc ola bilər, Vaşinqton üçün isə bu, Rusiya və İran təsirinin daraldılması layihəsidir.
İranın reaksiyası: ritorika yox, strateji qorxu
Tehran bu prosesi sakit qarşılamadı. İran Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Velayati Reuters-ə verdiyi açıqlamada belə dedi: “This corridor will not become a passage owned by Trump, but rather a graveyard for Trump’s mercenaries.” (Bu dəhliz Trampın mülkiyyəti olan keçidə çevrilməyəcək, əksinə Trampın muzdlu qüvvələri üçün qəbiristanlıq olacaq.)
Bu ifadə emosional görünə bilər, amma mahiyyət etibarilə İranın əsas qorxusunu açıq göstərir: ABŞ-ın İranın şimal sərhədlərinə yaxınlaşması və bu yaxınlaşmanın Ermənistan+Azərbaycan üzərindən həyata keçməsi. Bu, sadəcə təhdid deyil, Tehranın Cənubi Qafqazda nəzarəti itirmək qorxusunun etirafıdır.
Post-Xamneyi dövr və Pəzeşkian ssenarisi
İran daxilində artıq post-Xamneyi dövrü açıq şəkildə müzakirə olunur. Bu müzakirələrdə adı çəkilən fiqurlardan biri də Məsud Pəzeşkiyandır. O, Qərblə anlaşma tərəfdarı kimi tanınır və Tehran elitası daxilində praqmatik qanadı təmsil edir.
Əgər Qərb, o cümlədən ABŞ, İran daxilində ideoloji sərt xəttin zəifləməsində maraqlı olarsa, xalq tərəfindən prezident seçilmiş Pəzeşkiyan kompromis variant kimi gündəmə gələ bilər. Bu isə belə bir sualı doğurur: Azərbaycan bu prosesdə rol oynaya bilərmi?
Azərbaycan nə ABŞ-ın yerinə danışa, nə də İranın daxili siyasətini müəyyən edə bilər. Amma Bakı vasitəçi, stabilizator və regional balans elementi rolunu oynaya bilər. Bu rol isə xüsusilə İranın şimalında-Cənubi Azərbaycanda-baş verə biləcək proseslər üçün həyati əhəmiyyət daşıyır.
Əsas məsələ: Cənubi Azərbaycan
Əgər İran Yuqoslaviya tipli parçalanma və ya dərin sistem böhranı yaşasa, Cənubi Azərbaycan üçün risklər çoxdur: silahlı qrupların fəallaşması, SEPAH-ın regional özbaşınalığı, etnik gərginlik və humanitar xaos.
Bu nöqtədə ABŞ–Azərbaycan yaxınlaşması Cənubi Azərbaycan üçün avtomatik müstəqillik demək deyil. Amma bu yaxınlaşma xaosun dərinləşməməsi üçün diplomatik və siyasi bufer rolunu oynaya bilər. Güclü Bakı və Vaşinqtonla koordinasiya Cənubi Azərbaycanın tamamilə sahibsiz qalmasının qarşısını ala bilər. Bu, romantik ideya yox, soyuq geopolitik hesablama məsələsidir.
Azərbaycan artıq tək deyil
İranın əsas qorxusu da məhz buradadır. Azərbaycan uzun illər regionda tək idi. Bu dövr bitib.
Bir tərəfdə Türkiyə var - NATO üzvü, bölgədə real hərbi güc, Suriyada, İraqda və Qafqazda oyunun qaydalarını dəyişmiş aktor. Ankara üçün Azərbaycan artıq sadəcə “qardaş ölkə” yox, birgə təhlükəsizlik məkanıdır.
İkinci amil Pakistan faktorudur. Nüvə silahına sahib, Hindistanla açıq müharibə yaşamış bu ölkə Azərbaycan–Türkiyə xəttinə real strateji dərinlik qatır.
Üçüncü amil İsraildir. Azərbaycan–İsrail münasibətləri səssiz, amma dərin təhlükəsizlik xarakteri daşıyır. İran üçün bu xətt qırmızı xətdir.
Dördüncü faktor Böyük Britaniyadır. London Azərbaycanı təkcə enerji tərəfdaşı kimi yox, Rusiya və İran arasında balans elementi kimi görür.
Və bütün bu amillərin üzərində ABŞ dayanır. ABŞ üçün Azərbaycan artıq periferiya dövləti deyil, Rusiya və İran təsirini daraldan funksional tərəfdaşdır.
Tarixi presedent və nəticə
Tarixdə ABŞ-la müttəfiqliyin parçalanmış cəmiyyətlərin taleyinə təsir etdiyi nümunə var: Almaniyanın birləşməsi. Burada əsas faktor hərbi ekspansiya yox, siyasi, iqtisadi və institusional üstünlük idi. Cənubi Azərbaycan üçün ssenari fərqlidir, amma prinsip eynidir: beynəlxalq dayağı olan tərəf xaosdan daha az zərər görür. Bu gün Cənubi Azərbaycan məsələsi İran üçün real təhlükə deyil. Amma potensialdır. Geopolitikada isə potensial çox vaxt reallıqdan daha qorxuludur...
Elbəyi Həsənli, Sürix
MİA.AZ
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı
Agentlik büdcənin "ağzı"nı taybatay açıb - Türkiyədən jurnalist və blogerlərin ölkəmizə səfəri üçün 754 min manat xərclənəcək
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
Axtarışda olan iki azərbaycanlı Gürcüstandan ekstradisiya olunub
Baş redaktordan Su idarəsinin rəisinə sərt mesajlar: "Bu “hüquqşünas” ayıbına kor olmaq əvəzinə hələ utanmadan deyir ki.." (VİDEO)
Tramp–Əliyev xətti və İranın gələcəyi: Cənubi Azərbaycan üçün geopolitik pəncərə - TƏHLİL
Milli Məclisdə daha br sahə üzrə dinləmə keçiriləcək
Yaponiya növbədənkənar seçkiyə gedir - Parlament buraxıldı
Bakıda dəm qazı daha bir can alıb
Azərbaycan nefti ucuzlaşdı - 1.3 dollar
Şəkidə evdə partlayış olub
İlham Əliyevlə Paşinyan ayaqüstü söhbət ediblər - Davosda
Dövlət sektorunda işçilərin sayı azaldılr - Nə baş verir? (Şərh)
Avropa Liqası: "Fənərbağça" ilk 8-liyə qalma fürsətini qaçırdı
Türkiyə futbolunda mərc oyunu: daha 103 menecer cəzalandırıldı
Rusiya hərbi təyyarəsi Suriyaya gəldi - Moskva nə etmək istəyir?
Bloger ölkədən qaçdı: "Polis qorxusuyla hər gecə..."
Ukrayna prezidenti Davosda: "Avropa gələcəyi müzakirə etməyi sevir, amma..." - Avropa qorxmamalı, daha cəsarətli olmalıdır!"
CHP sədri Baxçalıya səsləndi: "Böyüklük elə, raconu kəs!"
Zelenski ABŞ-Rusiya-Ukrayna heyətlərininin görüşəcəyini açıqladı - "Putin niyə mühakimə olunmur?"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qazaxıstan Sülh Şurasına maliyyə haqqı ödəmədən qoşulub
Məşhur YAP-çı parlamentə çağırış etdi: "Bəzi şərəfsizlər..."
Prezident İlham Əliyev Davosdan bu görüntüləri paylaşdı - VİDEO
Prezident və ailə üzvləri Donald Trampla rəsmi görüşdə - FOTOLAR
Rəsmi Moskva: "Fransa ilə münasibətlərin bərpası mümkün görünmür"
Zaxarova: "Rəsmi Tehran bununla dağıdıcı planı pozdu"
Rusiya XİN: "ABŞ-ın Rusiya vətəndaşlarını buraxmaması..."