ƏRDOĞANIN OĞLUNA VARİSLİKLƏ BAĞLI SUAL VERİLDİ: "Anam ərəb kökənlidir, evdə..." - VİDEO

img

22-01-2026 [14:38]


Türkiyə prezidenti Ərdoğanın olu Blal Ərdoğan Qətərdə yerləşən "Atheer" yutub platformasındakı "Zû Şan" (Önəmli şəxslər) verilişinin qonağı olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, verilişin yayımlanan anonsunda Bilal Ərdoğana şəxsi və siyasi həyatı ilə bağlı olduqca maraqlı sualların verildiyi aydın görünür.

Aparıcının kiçik Ərdoğana verdiyi suallar içərində ən diqqət çəkəni isə ailə mənşəyi və siyasi gələcəyi ilə bağlı olub.

Qadın aparıcının verilişdə "Və ən əsası... Atanızın varisi olacaqsınızmı?", - sualına Bilal Ərdoğanın necə cavab verdiyi proqramın anons videosunda yer almayıb.

Bilal Ərdoğan anası Əminə Ərdoğanın etnik mənşəyi barədə sualı isə belə cavablandırıb: "Bəli, anam ərəb əsillidir. Nənəm və babam da evdə ərəb dilində danışırdılar".

Məlumatda deyilir ki, müsahibnin tam versiyası yaxın günlərdə yayımlanacaq.

Firudin Səfərli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA