Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə görüşüb - Nələr müzakirə olunub?
22-01-2026 [13:45]
Xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin müavini Radmila Şekerinskanı qəbul edib.
Mia.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə NATO arasında tərəfdaşlıq çərçivəsində mövcud əməkdaşlıq gündəliyi və perspektivləri, tərəfdaşlıq mexanizmləri çərçivəsində görülən işlər, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycanla NATO arasında əməkdaşlığın əhəmiyyətini qeyd edərək, mövcud tərəfdaşlıq çərçivəsində həyata keçirilən dialoq və qarşılıqlı fəaliyyətin regional təhlükəsizliyə müsbət töhfə verdiyini bildiriblər. Azərbaycanla NATO arasında minasızlaşdırma, kiber təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Ölkəmizin NATO-nun sülhə dəstək üzrə əməliyyat və missiyalarında iştirak təcrübəsi, Əfqanıstanda proseslərə yaxından dəstəyi, müdafiə sahəsində islahatlar, uyarlılığın təmin olunması sahəsində görülən işlər təqdir olunub. Ötən ilin noyabr ayında NATO üzv ölkələrinin daimi nümayəndələrindən ibarət missiyanın ölkəmizə səfəri məmnunluqla xatırlanıb.
Görüş zamanı, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, regionda dayanıqlı və qalıcı sülhün təmin olunması istiqamətində həyata keçirilən diplomatik səylər və etimad-quruculuğu tədbirləri, 8 avqust Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılaşmalar və sülh perspektivləri, habelə regional nəqliyyat və bağlantı layihələri barədə məlumat verilib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
DAVOSDA TARİXİ GÖRÜŞ: İlham Əliyevlə Donald Tramp bir araya gəldi
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad etdi - Yeni təyinat
Kamran Əliyev prokurorlaır topladı - Korrupsiya ilə bağlı əməliyyat müşavirəsi keçirilib
ƏRDOĞANIN OĞLUNA VARİSLİKLƏ BAĞLI SUAL VERİLDİ: "Anam ərəb kökənlidir, evdə..." - VİDEO
SƏHİYYƏ SİSTEMİNDƏ DƏYİŞİKLİK: onkoloji xəstələr özəl klinikalarda da pulsuz müalicə alacaq
Prezident Davosda - İlham Əliyev "Sülh Şurası"na üzvlüklə bağlı sənədi imzaladı - FOTOLAR (Yenilənib)
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
Almaniyada 250 kq bomba aşkarlanıb
İmişlidə ikimərtəbəli ev yanıb
Sabah hava necə olacaq? - PROQNOZ
"Qarabağ"ın cibi yenə pulla doldu
Bakıda bu ərazilərdə işıq müvəqqəti olmayacaq
BURAXILIŞ və QƏBUL İMTAHANLARININ VAXTI AÇIQLANDI
Bakıda yeniyetmə dəm qazından boğulub
SOCAR AFRİKADA NEFT-QAZ YATAĞINDAN PAY ALDI - Saziş imzalandı
Avropa Liqası: "Fənərbaxça” İstanbulda “Aston Villa”nı qəbul edəcək
SABİQ NAZİRLƏ İCRA BAŞÇISININ ƏMLAKLARI HƏRRACA ÇIXARILDI: bahalı mənzil və maşınlar... - SİYAHI
"Qalatasaray"ın baş məşqçisi: "1/8 finala vəsiqə qazanmaq üçün mübarizə aparacağıq"
İlham Əliyev "Qarabağ"ı təbrik etdi, hakimləri isə... - "Birinci dəfə deyil ki, hakimlər ədalətsiz və qərəzli qərarları ilə..."
Azərbaycan nefti ucuzlaşdı - Bir dollardan çox
Bakıda daha iki nəfər dəm qazından zəhərlənib
Saatlıda iki nəfər narkotiklə tutulub
QƏRB DÜNYASI PARÇALANIR: Tramp geri addım atdı, Avropa isə "Daha gecdir, xoşbəxt vəssal olmaq istəmirik" mesajını verir
"Təhsil haqqında" qanuna dəyişiklik olunacaq
QOCALMANIN QARŞISINI ALAN PEYVƏND İCAD EDİLDİ - 3800 nəfərin üzərində uğurla sınaqdan çıxarılıb
"Liverpula böyük inamla yollanacağıq" - Qurban Qurbanov
Avropadan Trampa ilk rəsmi dirəniş - Parlament ABŞ-la ticarət anlaşmasını müzakirədən çıxardı
Bərzani Papanın qəbuluna getdi: "Kürdlər üçün dəstək istədim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqası: "Qarabağ” tarixi qolla Almaniya komandasını "devirdi" - VİDEO (Yenilənib)
BÜTÜN YOLLAR VƏTƏNƏ QAYTARIR
Prezident İlham Əliyev və ailə üzvləri Trampın iştirak etdiyi panel iclasda - FOTOLAR
Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ikinci iclası olub
Türkiyədə zəlzələ olub
"Məktəblərdə dərslər dayandırılmayıb"
Yeni icra başçısı onları vəzifədən azad etdi - Yeni təyinatlar