İlham Əliyev "Qarabağ"ı təbrik etdi, hakimləri isə... - "Birinci dəfə deyil ki, hakimlər ədalətsiz və qərəzli qərarları ilə..."

img

22-01-2026 [09:58]


Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ" klubunun UEFA Çempionlar Liqasının VII turunda "Ayntraxt" klubu üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

Mia.az xəbər verir ki, İlham Əliyev bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda deyilir: "Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm! Hakimin qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə "Qarabağ"ın qələbə yolunu kəsməyə çalışırlar. Lakin UEFA bunu edə bilməyəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!",


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA