Venesuela böhranı: Yeni geosiyasi reallıq və beynəlxalq hüququn de-fakto İflası
21-01-2026 [17:39]
Hamımızın bildiyi kimi, ilin əvvəlində ABŞ tərəfindən Venesuela prezidenti Nikolas Maduronun ölkə ərazisində həyata keçirilən « xüsusi əməliyyat » nəticəsində əsir götürülməsi müasir beynəlxalq münasibətlər sistemində kəskin dönüş nöqtəsi yaratdı.
Bu hadisə təkcə bir siyasi liderin neytrallaşdırılması deyil, uzun illərdir yığılan siyasi legitimlik böhranının, iqtisadi çöküşün və böyük güclər arasındakı geosiyasi qarşıdurmanın açıq fazaya keçməsi kimi qiymətləndirilməlidir. Baş verənlər Venesuelanı yeni, dərin qeyri-müəyyənlik mərhələsinə daxil etdiyi kimi, beynəlxalq institutların, eləcə də beynəlxalq hüququn « real işləkliyi» ilə bağlı ciddi suallar doğurdu.
Venesuela böhranının kökündə onilliklər ərzində formalaşmış struktur problemlər dayanır. Belə ki, neft gəlirlərinə həddindən artıq bağlı iqtisadi modelin iflası və avtoritar idarəetmənin dərinləşməsi ölkəni siyasi və sosial baxımdan kövrək hala salmışdı. Maduro hakimiyyəti dövründə seçkilərin legitimliyi beynəlxalq səviyyədə tanınmamış, məhkəmə və qanunverici orqanlar icra hakimiyyətinə tabe edilmiş, dövlət idarəçiliyi faktiki olaraq şəxsləşdirilərək tam bir avtoritar rejim qurulmuşdu. Trump höküməti isə bu vəziyyəti təkcə demokratiya böhranı
kimi deyil, regional təhlükəsizlik, narkotik ticarəti və transmillli cinayət şəbəkələri kontekstində strateji təhdid kimi təqdim edərək Venesuelada xüsusi hərbi əməliyyatlar aparmağa özündə haqq gördü. Maduronun tutulması da məhz bu təhlükəsizlik narrativi üzərində əsaslandırıldı.
Maduronun əsir alınmasından sonra Venesuelada yaranan siyasi boşluq isə ölkədə yarananböhranı aradan qaldırmaq əvəzinə onu daha da dərinləşdirdi. Formal olaraq müvəqqəti idarəetmə mexanizmləri işə salınsa da, dövlətin real idarəetmə qabiliyyəti zəiflədi. Ordu, siyasi elita və bürokratik aparat daxilində parçalanma sürətləndi, cəmiyyət isə müdaxiləni xilas kimi görənlərlə onu açıq suverenlik pozuntusu sayanlar arasında faktiki olaraq kəskin şəkildə bölündü. Bu parçalanma təbii olaraq Venesuelada milli konsensusun və dayanıqlı siyasi keçidin
formalaşmasını demək olar ki, qeyri mümkün edir.
Bütün bunların nəticəsində İqtisadi müstəvidə də gözləntilərlə reallıq arasında ciddi ziddiyyətlər yarandı. Qısa müddətdə bəzi xarici investisiya ümidləri ortaya çıxsa da, qeyri- sabitlik neft hasilatı, maliyyə sistemi və sosial təminat mexanizmlərinə mənfi təsir göstərdi. Hər böhran vəziyyətində olduğu kimi ən çox təsirlənən isə ölkə əhalisidir. Əhali üçün böhran daha konkret formada hiss olunur: inflyasiya təzyiqləri, sosial xidmətlərin çatışmazlığı və yeni miqrasiya dalğası riski yenidən gündəmə gəlib. Beləliklə, Maduro sonrası mərhələ avtomatik
sabitləşmə deyil, klassik “keçid böhranı” xarakteri daşıyır.
Bu hadisənin beynəlxalq hüquq baxımından qiymətləndirilməsi isə daha dərin normativ problemi üzə çıxarır. BMT Nizamnaməsinin əsas prinsiplərinə görə, dövlətlərin ərazi toxunulmazlığı, siyasi müstəqilliyi və gücdən istifadənin qadağan olunması beynəlxalq nizamın təməl sütunlarıdır. ABŞ-ın BMT Təhlükəsizlik Şurasının açıq mandatı olmadan Venesuela ərazisində hərbi əməliyyat keçirməsi bu prinsiplərlə açıq ziddiyyət təşkil edir. Rəsmi Vaşinqton öz addımını ağır beynəlxalq cinayətlərə görə fərdi məsuliyyət və universal yurisdiksiya arqumenti ilə əsaslandırsa da, beynəlxalq hüquqda bu cür mexanizmlər adətən beynəlxalq məhkəmələr və kollektiv qərar mexanizmləri vasitəsilə tətbiq olunur.
Daha problemli məqam fəaliyyətdə olan dövlət başçısının toxunulmazlığı məsələsidir. Klassik beynəlxalq hüquqa görə «dövlət başçıları xarici dövlətlərin yurisdiksiyasından geniş şəkildə qorunur və bu toxunulmazlıq yalnız beynəlxalq tribunal qərarı və ya vəzifədən getdikdən sonra məhdudlaşdırıla bilər».
Bu presedent isə göstərir ki, hüquqi norma formaca mövcud olsa da, faktiki olaraq güc siyasətinə tabe edilmişdir. Humanitar müdaxilə və ya “qoruma məsuliyyəti” doktrinası da bu kontekstdə hüquqi əsas kimi təqdim olunsa da, həmin doktrina belə birtərəfli deyil, kollektiv qərar mexanizmini nəzərdə tutur. Məhz bu nöqtədə ABŞ–Venesuela böhranı daha geniş bir real nəticəni üzə çıxarır: beynəlxalq hüququn normativ sistem kimi de-fakto aşınması. Problem hüquq normalarının mövcud olmamasında deyil, onların selektiv və siyasi məqsədlərə uyğun tətbiq edilməsindədir.
BMT Təhlükəsizlik Şurasının veto mexanizmi səbəbindən faktiki iflic vəziyyətinə düşməsi, böyük güclərin birtərəfli hərəkətləri və bu hərəkətlərin sonradan hüquqi ritorika ilə əsaslandırılması kollektiv təhlükəsizlik sisteminin funksional çöküşünü göstərir. Beynəlxalq hüquq artıq davranışı müəyyən edən norma deyil, sonradan güc tətbiqini izah edən alətə çevrilir. Bu proses beynəlxalq hüquqda «istisnanın normaya çevrilməsi» tendensiyasını gücləndirir. Dövlətlər getdikcə « bu qanunidirmi?» sualından çox « edə bilirəmmi? » məntiqi ilə hərəkət edirlər. Nəticədə hüquqi bərabərlik prinsipi real məzmununu itirir və beynəlxalq sistem daha açıq şəkildə güc balansına əsaslanan mərhələyə daxil olur.
Çox təəsüf ki, nəticə etibarilə, Nikolas Maduronun əsir tutulması Venesuela böhranını həll etmədi, onu daha geniş geosiyasi və hüquqi böhranın tərkib hissəsinə çevirdi. Bu hadisə təkcə bir dövlətin suverenliyinin pozulması deyil, BMT sistemi və beynəlxalq hüququn özünün legitimlik böhranıdır. Mövcud qlobal hüquqi nizam formaca qalmaqda, lakin məzmunca çökməkdədir və bu vəziyyət davam edərsə, beynəlxalq münasibətlər daha təhlükəli, hüquqdan çox gücə əsaslanan bir mərhələyə daxil olacaq.
Xəyal Mustafayev,
"Böyükmillət" in Avropa təmsilçisi
MİA.AZ
Yeni icra başçısı onları vəzifədən azad etdi - Yeni təyinatlar
""Emruz" və "Ştutqart" mağazalar şəbəkəsini mən qurdum, dayım əlimdən aldı" - Keçmiş deputatla bacısı oğlu üz-üzə gəldi
Qanında narkotik çıxan aktrisa sükutu pozdu: "Görüntüsü yayılan maddə mənə məxsus deyil"
"Azərşəkər"in rəhbərliyi hakim qarşısına çıxarıldı
İcra başçının müavini ərizə yazıb, lakin...
Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Zakir Fərəcov "alma ovu"na çıxan məmuru danladı
Ağcabədidə keçmiş məhkum 10 kiloqram narkotiklə saxlanılıb
İsrail hərbçiləri fələstinlilərin maşınlaırnı yandırıb
“Mənə dedilər ki, Röya xanım sildirib" - Niyaməddin Musayevin qızı ilə qohumu arasında qalmaqal yarandı (VİDEO)
Türkiyəni Sülh Komitəsində kim təmsil edəcək? - Ərdoğandan açıqlama
Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
"Qalatasaray" "Napoli"nin oyunusu ilə anlaşıb
"Fənərbağça"nın baş məşqçisi: "Səbrsizliklə gözləyirik"
"Fənərbağça" məşhur futbolçusunu satdı
Dərnəgüldə obyektdəki yanğın söndürüldü - Açıqlamalar (YENİLƏNİR)
Texniki Universitet reytinq cədvəlində irəliləyib
“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
İkinci neft bumu və ya İlham Əliyev nəyə işarə edir? - TƏHLİL
PENSİYALAR ARTIRILACAQ - 53 manat...
"Əvvəlki toylar, qazanc da yoxdur, artıq..." - Nadir Qafarzadə
Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI
Pentaqon NATO-da əsgər sayını azaldacaq - Qərar verilib
Deputat: ""Əmək pensiyaları” haqqında Qanunda dəyişikliyə baxılsın"
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir
SOCAR-ın bankında dəyişiklik - Yeni sədr kimdir?
XANKƏNDİ ŞƏHƏRİNƏ İLK KÖÇ OLDU (YENİLƏNİB)
Əmək Məcəlləsinə dəyişiklik təklif edilir - Detallar
Ərdoğan partiya sədri ilə görüşəcək
Azərbaycanın Sülh Şurasına təsisçi üzv olmasında - ÜÇ MÜHİM MƏQAM
Sabah hava necə olacaq? - Proqnoz
Tramp və İlham Əliyev bir-birlərinə məktub göndərib - MƏTN
Çempionlar Liqası: “Qarabağ”ın oyununa 26 mindən çox bilet satılıb
"SOCAR Türkiyə" daha bir əməkdaşlıq sazişi imzalayıb - Açıqlamalar
Səfər Əbiyev jurnalistə hirsləndi: "Ay kişi, nə istəyirsən?"
Bakıda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünya geridönməz su problemiylə üz-üzə: bir paytaxt susuz qalacaq, digəri isə sürətlə çökür... - BMT həyəcan təbili çaldı, çıxış yolu göstərdi
Departament rəhbəri vəzifədən azad olunub
"Evimdə də çətirim olmayıb və hazırda da yoxdur" - İsa Həbibbəyli
Hərbi xidmətdən möhlət hüququ verilən şəxslərin ölkədən çıxışına qadağa qoyula bilər - Dövlət Xidmətindən elə açıqlama verildi ki...