Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanılıb

img

21-01-2026 [17:04]


Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, paytaxtın Səbail rayonunda vətəndaşlardan birinin içərisində 220 manat və bank kartı olan pul kisəsi oğurlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı N.İslamov saxlanılıb. Araşdırmalarla onun sürücüsü olduğu avtobusa sərnişin qismində əyləşən zərərçəkənin pul kisəsini taladığı və sonradan bank kartı ilə alış-veriş etdiyi də məlum olub.

Paytaxt ərazisində keçirilən digər tədbir nəticəsində isə vətəndaşların birinin bank kartından oğurluq etməkdə şübhəli bilinən 27 yaşlı T.Quliyev də müəyyən olunaraq saxlanılıb.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA