İcra başçının müavini ərizə yazıb, lakin...

img

21-01-2026 [17:07]


Bir müddət əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin başçısının ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova istefa ərizəsi yazdığı barədə məlumat vermişdik.

Ərizənin yazılmasına səbəb icra məmurunun həyat yoldaşı Habil Eyvazovun “Tiktok”da içki halda canlı yayım açaraq dinə, namaza istehzalı münasibət sərgiləyib, söyüşlərdən istifadə etməsi olub.

Mia.az xəbər verir ki, Modern.az Gülbahar Eyvazovanın verdiyi istefa ərizəsi ilə bağlı son durumu öyrənməyə çalışıb.

İcra hakimiyyətindən əldə etdiyimiz məlumata görə, icra başçısı Alı Alıyev hələlik ərizəyə baxmayıb.

Buna səbəb icra başçısının əmək məzuniyyətində olmasıdır. O, həftə sonu qayıdacaq və ərizəyə baxacaq. Məhz bundan sonra yekun qərar veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA