Baş prokuror 5 rayondan olan vətəndaşları qəbul edib

img

16-01-2026 [15:36]


Baş prokuror Kamran Əliyev yanvarın 16-da Şirvan şəhər prokurorluğunda Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonundan olan vətəndaşları qəbul edib.

Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, qəbulda iştirak edən 28 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA