“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
16-01-2026 [09:53]
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə çevrilən “Azərsu” ASC tərəfindən 2023-cü ildən başlayaraq həyata keçirilən “Dəniz suyunun duzsuzlaşdırılması” layihəsi üzrə dövlət büdcəsindən xeyli vəsait ayrılıb.
Lakin layihənin icrasına dair nəticələr hələ də məlum deyil. Müxtəlif məsləhətçi şirkətlərlə müqavilələr bağlanmasına baxmayaraq, layihənin konkret nəticəsi əldə olunmayıb. Dövlət büdcəsindən bu istiqamətə ayrılan vəsait artıq təxminən 7,5 milyon manat təşkil edir.
İqtisadçı Toğrul Maşallı bildirib ki, 2023-cü ilin avqust ayında “Azərsu” ASC və “Mekorot Water Company LTD” (İsrail) arasında “Dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” predmeti üzrə texniki-iqtisadi əsaslandırma və layihə tapşırığının hazırlanması, layihənin icrası ilə bağlı digər məsləhət xidmətlərinin satın alınmasına 2 milyon 839 min manat dəyərində müqavilə imzalanıb.
Ekspert bildirib ki, eyni zamanda “Dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” predmeti üzrə hüquqi məsləhət xidmətlərinin satın alınması üçün “BM Morrison Partners” ilə müqavilə imzalanıb və müqavilənin dəyəri 529,4 min manat təşkil edib. Toğrul Maşallı vurğulayıb ki, beləliklə, “Azərsu” yalnız 2023-cü ildə 3,37 milyon manat xərcləyib.
O deyib ki, layihənin nəticəsinə dair heç bir məlumat yoxdur və bildiyinə görə, yalnız 2024-cü ildə “Mekorot” şirkəti Azərbaycanda su qıtlığının qarşısını almaq üçün süni yağış yağdırılması ilə bağlı layihə təklif edib.
Ekspert əlavə edib ki, vaxt keçdikcə, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin (İŞBST) hesabatına əsasən, 2025-ci ildə dövlət büdcəsinin investisiya xərclərindən “Dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” adı ilə yanvar ayında 1 milyon 20 min manat vəsait ayrılıb.
“Lakin İŞBST müqaviləni yalnız 2025-ci ilin dekabrında imzalayıb. Yenə də müqavilə “Mekorot” şirkəti ilə imzalanıb və bu dəfə layihə bir qədər konkretdir: “Abşeron yarımadasında dəniz suyunun əks osmos üsulu ilə duzsuzlaşdırılması zavodunun tikintisi”. Məbləğ isə 1 milyon 70 min manat olub, əlavə 50 min manatın mənbəyinə dair məlumat yoxdur”, – deyə Toğrul Maşallı bildirib.
Ekspert vurğulayıb ki, layihə çərçivəsində hüquqi məsləhətlərin həyata keçirilməsi üçün “Dentons Europe” (Central Asia) Limited” şirkətinin Azərbaycan filialı ilə müqavilə imzalanıb və müqavilənin dəyəri 295,5 min manat təşkil edib.
O əlavə edib ki, 2023-cü ildə vəsait ayrılmışdı, amma nəticəsi yoxdur, buna baxmayaraq yenidən eyni istiqamət üzrə vəsait ayrılıb.
“Həmçinin, İqtisadiyyat Nazirliyi də bəlli olmayan səbəblərdən eyni istiqamət üzrə vəsait ayırıb. Belə ki, iki il ardıcıl – 2024 və 2025-ci illərdə eyni “Dentons Europe” şirkəti İqtisadiyyat Nazirliyi üçün “Azərbaycan Respublikasının Abşeron rayonunda Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodu Layihəsinə dair hüquqi məsləhət xidmətləri”ni həyata keçirib və bu məqsədlə iki il ərzində 820,7 min manat ödənilib”, – deyə ekspert bildirib.
Toğrul Maşallı qeyd edib ki, əlavə olaraq, İqtisadiyyat Nazirliyi ilə “McKinsey” arasında olan müqavilədə bəndlərdən biri də “Dəniz suyunun duzsuzlaşdırılması” üzrə məsləhət xidmətlərinə aiddir.
Ekspert vurğulayıb ki, beləliklə, zavod hələ tikilməyib (“Mekorot” şirkəti ilə müqavilə 2029-cu ilin sonunadəkdir), amma artıq dövlət büdcəsindən “məsləhət” adı ilə 7,5 milyon manat xərclənib/AzPolitika.info.
Zəruri qeyd: 30 mart 2023-cü ildən Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub