"Fənərbağça" "Alanyaspor"la oyuna hazırlaşır

img

16-01-2026 [12:08]


"Fənərbaxça" Trendyol Super Liqasının ikinci mövsümünün ilk oyununda səfərdə "Alanyaspor"la qarşılaşmada açacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubunun Baş məşqçisi Domeniko Tedesko 18-ci turda qarşılaşacaqlarə "Korendon Alanyaspor"la oyunun ilk 11-liyini formalaşdırmaqdadır.

Məlumata görə, qapıda Edeson olacaq: "Oğuz Aydının müdafiənin sağ cinahında, Mert Müldürün isə sol cinahda oynayacağı gözlənilir. Mərkəz müdafiə xəttini isə Milan Skriniar və Jayden Oostervolde olacaq.

İsmayıl Yüksek, Matteo Guendouzi və Marko Asensio yarımmüdafiədə, Dorgeles Nene sağ cinahda, Kerem Aktürkoğlu isə sol cinahda komandasının mövqeyini qoruyacaq oynayacaq. Hücum xəttinin yükünü isə Con Duran şəkəcək".

Məlumatda deyilir ki, zədəli olan Arçi Braun, Nelson Semedo, Edson Alvarez və Levent Mercan matça  forma geyinməyəcək.

Yeri gəlmişkən, transfer siyahısında olan  hücumçu Yusif En-Nesiri ölkəsi Mərakeşlə Afrika Kubokunun finalında oynayacağı üçün hələ İstanbula dönməyib.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA