"Obyekt sahibləri daha artıq əmlak vergisi ödəsin" - Təmraz Tağıyev

img

16-01-2026 [15:00]


Milli Məclisdə qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisinin artırılması təklif edilib.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deyib.

O qeyd edib ki, bu məsələ şəxslərə ciddi təsir etməsə də, bələdiyyələrin büdcələrinə böyük gəlir gətirəcək:

"Məsələn, Nərimanovda ərazisi 1000 kv/metr olan obyektin sahibinə 25 min manat icarə haqqı ödənilir. Bələdiyyələrə isə ildə bir dəfə cəmi 500 manat ödəniş olunur. Ona görə, qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisi artırılarsa, bu bələdiyyələrə də əlavə dəstəkdir"(report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA